BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
23486

“2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. Eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib”.

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, ölkəmizdə quru sərhədlər bağlı olsa da, qəbul etdiyimiz turist sayı daha çoxdur:

“Ölkəmizin quru sərhədləri bağlı, təyyarə biletlərinin “od qiymətinə” olmasına baxmayaraq, Azərbaycana gələn turist sayı az da olsa, Ermənistandan çoxdur (Ermənistanın Gürcüstan və İranla quru sərhədləri açıqdır). Deməli məmləkətin potensialı var, amma sistemi, turizmə yanaşması doğru deyil. İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər), 2-ci yerdə ABŞ-dır (13 017 nəfər), 3-cü yerdə Almaniyadır (8554 nəfər), 4-cü yerdə Fransadır (7 687 nəfər), 5-ci yerdə isə Ukraynadır (7 663 nəfər). Eyni dövrdə Azərbaycana gələn qonaqların 25%-i Rusiyadan, 23,8%-i Türkiyədən, 13%-i İrandan, 5,2%-i Gürcüstandan, 4,6%-i Səudiyyə Ərəbistanından gəlib”.

İqtisadçı qeyd edib ki, ABŞ və Avropa Birliyi ölkələrindən gələnlərin sayı çox az olub.

"Buna səbəb Azərbaycan hökumətinin hələ də ABŞ və AB ölkələri vətəndaşlarından viza tələb etməsidir. Ermənistan isə 15 ildir həmin ölkələrdən viza istəmir. Burada maraqlı detal isə 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşının turust kimi səfər etməsidir", deyə Natiq Cəfərli bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

Bakıdan bu rayona sürətli sərnişin qatarı istifadəyə VERİLDİ

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Lombard kreditləri: Asan çıxış, ağır nəticələr

Polo matçında arı udan hindistanlı milyarder həyatını itirib

Biznesmenlər ilkin kapital yığmaq üçün bu 5 strategiyadan istifadə edir - SƏHƏR OXUSU

"SeaBreeze"də “CaspiMayr Retreat”in açılışı olub

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Azərbaycan yaşıl çayı hansı ölkələrdən alır?

Türkiyəli iş adamları Ağdam Sənaye Parkında səfərdə olublar

ADA Universitetinin məzunları harada iş tapa bilir?

Trampın illik gəliri açıqlandı

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq - SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin