BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.789
  • RUB
    1.5962
  • TRY
    0.049
  • GBP
    2.1577
23329

“Səyahət agenti olduğunu deyib məni istirahətə göndərmək adı ilə ümumilikdə 4500 manat ziyan vurub. İndi tapılmır. Harda olduğunu heç kim bilmir”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Emin Həsənov müraciət edib. Vətəndaşın sözlərinə görə, bir müddət öncə tanış olduğu və özünü səyahət agenti kimi təqdim edən Nəzrin Qurbanova ona qarşı dələduzluq edib: “6-7 ay öncə bir dostum instaqram səhifəsində Türkiyədən fotolar paylaşmışdı. Mən də ora necə getdiyini soruşdum. O da bildirdi ki, bu səyahət ona cəmi 250 manata başa gəlib. Bundan sonra məsələ mənim diqqətimi çəkdi və bu səyahətin təşkili ilə bağlı maraqlandım. O da məni həmin xanımla tanış etdi. Bir dəfə zəng edib danışdım. Turlarla maraqlandım, lakin hələ ki, heç bir ödəniş etmədim. Bir müddət sonra tanışlarımdan yenə bu agentin köməkliyi ilə gedən oldu və mən yenidən xanımla əlaqə saxlayıb 2200 manat ödədim. Düz, 8 günlük məni İstanbula göndərdi. Heç bir problem olmadan gedib-gəldim. Çox gözəl istirahət etdim. Düşünüdüm ki, bir müddət sonra yenidən gedərəm. Başqa bir dostum da nömrəsini məndən alıb danışdı və istirahətə getmək üçün 6500 dollar ödədi. Həmin an hər şey hazır oldu. Bundan əlavə bir tanışımızı da İzmirin ən bahalı hotelinə çox ucuz qiymətə istirahətə göndərdi. Bütün bunlardan sonra mən yenidən istirahətə getmək üçün müraciət etdim. Mənimlə bərabər iki nəfər də ondan tur aldı. Turun biri təsdiq olundu, ancaq mənlə bərabər o biri yoldaşa heç nə verilmədi. Dedilər, “gözləyin, gedənə yaxın hər şey hazır olacaq”. Lakin olmadı”.

Şikayətçi bildirir ki, elə hər şey bundan sonra başlayıb. İstirahətdə olan bir dostunun gəlişi üçün bileti də özü alıb: “Ona deyiblər, “özün bilet al gəl, pulunu verəcəyik”, lakin verməyiblər. Mənim istirahətimdə də xoşagəlməz hallar yaşanmağa başladı. Dəqiq tarix deyilmədi. Gah “hoteldə yer yoxdur”, gah “indi alınmır” kimi sözlər dedi. Beləcə aramızda mübahisələr yarandı və mən ondan pulumu geri qaytarmağını istədim. Bu xanmla söhbətimiz təxminən 14 gün əvvəl oldu”. 

Emin Həsənovun sözlərinə görə, vəziyyətdən şübhələndiyi üçün 6 ay əvvəl Nəzrin onları istirahətə göndərərkən işlədiyi şirkətlə də əlaqə saxlayıb: “Şirkətdən dedilər ki, bu adda xanım onlarla işləyib. Şirkətdən o da bildirildi ki, Nəzrin onlardan xahiş edib ki, axırıncı turları bron etsinlər. Pul verilmədiyi təqdirdə ləğv olunsun. Sonuncu bütün uçuşlarda pulla bağlı problem yaranıb. Mən də dedim ki, biz pulu ödəmişik. Şirkətdən isə bildirildi ki, onlara pul köçürülməyib və buna görə də iyulun sonuna qədər pul köçürülməsə, ləğv olunacaq”. 

Vətəndaş deyir ki, onlara ümumilikdə 100 000 manata yaxın ziyan dəyib: “Dostlarım, iş yoldaşlarım hamısı istirahətə getmək üçün bu xanıma müraciət etmişdi. Ümumilikdə bizə  28 500 dollar (48450 manat) və 43000 manat ziyan vurub. Yəni, 100 000-ə yaxın. Bundan başqa, məlumat almışam ki, bir azərbaycanlı xanıma 120 min manat, başqa bir qadına 100 min dollar ziyan vurub. Nə zənglərə cavab verir, nə mesajlara. Yerini də bilən yoxdur. Məsələ ilə bağlı polisə müraciət etmişik. Həm Səbail, həm də Xətai rayon polis bölmələrinə ərizə yazmışıq”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin müraciət qeydə alınıb və hazırda müraciətlə bağlı araşdırma aparılır: "Vətəndaşın müraciəti Səbail Rayon Polis İdarəsi tərəfindən qeydə alınıb. Hazırda İdarənin İstintaq Şöbəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniya polisi ölkənin ən böyük qeyri-qanuni onlayn bazarını ləğv etdi

Britaniyada "Microsoft"a qarşı 1,27 milyard dollarlıq iddia qaldırıldı

"Reges Tikinti Materialları"na protokol irəli sürülüb

"İnter Service Group" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çinin çip şirkətləri ABŞ-nin yeni ixrac məhdudiyyətlərinə qarşı nə edəcəklər? - "Reuters"

İcbari Sığorta Bürosu vətəndaşları daşınmaz əmlaklarını sığortalamağa çağırır

Varren Buffett mirası üçün detalları açıqladı - 1300 sözlük məktub, 150 milyard sərvət

Milyonluq tenderlərin qalibi olan "Buz Tech" məhkəmə qarşısında

"General Motors" ABŞ-dakı fabrikinin yeni alıcısını açıqlayıb

İki şirkət arasında daşıma mübahisəsi

"SpaceX" və "Netflix" yarışının son qalibi: "Netflix"

"Evtech Motors" gömrük qaydalarını pozmaqda ittiham edilir

Azərbaycanın qızıl və gümüş istesalındakı son durum

ABŞ-nin ən böyük özəl şirkəti minlərlə işçini ixtisar edir - "CNN"

Ən populyar internet brauzerləri açıqlandı - 66,31 faizlə lider...

Dünyanın borcu 320 trilyon dolları keçərək yeni rekord səviyyəyə çatıb - "Reuters"

Mərkəzi Bank bu şirkəti inzibati məsuliyyətə cəlb edib

İnvestisiya dələduzluğunun ən geniş yayılmış növləri

"Jaguar" çoxdan gözlənilən elektrik avtomobilini təqdim etdi (FOTO+VİDEO)

"BakıKart"ın problemi nə vaxt həll ediləcək? - Rəsmi AÇIQLAMA

Haqsız rəqabət aparan 5 sahibkara maliyyə sanksiyası tətbiq edildi

İnnovasiya və Təchizat Mərkəzi böyrək xəstələri üçün 1 milyon manatlıq dərman alır

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Azərbaycandan bu ölkəyə bir kiloqramı 20 manata heyva satılır - ÖLKƏLƏR, QİYMƏTLƏR

Əli Əsədovdan ali təhsillə bağlı QƏRAR: Yeni ixtisaslar açıqlandı

ARDNF valyuta satışını 3 dəfəyə yaxın artırıb

Azərbaycanda virtual aktivlərin tənzimlənməsinə dair qanun layihəsi hazırlanır

Keçmiş deputat nazir müşaviri oldu

Keçmiş deputat nazir müşaviri oldu

Fransada taksi sürücüləri tibbi tariflərin azaldılmasına etiraz edir

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin