BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
23068

Ölkədə avtomobil bazarında balanslaşdırma siyasəti aparılır. Söhbət ekoloji təmiz– hibrid avtomobillərdən gedir. Mühərrik həcmi yüksək olan avtomobillərin aksiz vergisi, gömrük rüsumu yüksəldilib. Ekoloji təmiz avtomobillər isə əlavə dəyər vergisindən azad edilib.

Bu sözləri avtomobil bazarının hazırkı vəziyyətlə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov söyləyib.

Ekspert bildirib ki, yanvar ayından ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin qiymətində enmə müşahidə olunub:

"Nəticədə qismən də olsa bu avtomobillər vətəndaşlar üçün əlçatandır. Hazırda avtomobil bazarında qiymətlər stabildir. Mövsümü olaraq yayda qiymətlər həmişə stabil qalır. İyun ayında ötən aya nisbətən həm yeni, həm də köhnə avtomobillərin satışı 10-15 faiz artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə də satışlar 15-20 faiz artıb. Birinci əl avtomobil bazarında yanvar ayında sonra hibrid avtomobillərə maraq çoxdur. Əsasən krasover seqmentinə üstünlük verirlər. Bu krasoverlərin mühərrik həcmi təxminən 1500 kubsantimetrdən 2500 kubsantimetrə qədərdir. İkinci əl avtomobil bazarında isə vətəndaşlar daha çox sedan, heçbek modellərinə üstünlük verirlər. Bu modellərin mühərriki isə 1500 kubsantimetr həcmindədir".

E.Cəfərovun sözlərinə görə, "Aİ-95" markalı benzinin bahalaşması hibrid avtomobillərə tələbi daha da artıracaq:

"Aİ-95" və "Aİ-98" markalı benzinlərin qiymətinin yüksəlməsi hibrid avtomobillərə marağı və tələbi artırmışdı. Düşünürəm ki, bu maraq və tələb daha da artacaq. Çünki hibrid avtomobillər qismən benzinlə çalışır. Ekoloji təmiz avtomobillərə tələbin artması ilə yanaşı dizellə çalışan avtomobillərin də ölkəyə idxalı arta bilər. Benzinin baha olması səbəbindən vətəndaşlar qənaətcil yollara əl atacaqlar. Avropa ölkələrində dizel mühərriki ilə çalışan avtomobillərin istismarı artıq yasaq edilib. Ehtimal var ki, Avropada olan ikinci əl dizel mühərrikli avtomobillərin ölkəmizə axını başlasın".
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin