BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
22974

Magistral yol layihəsinin tikintisi 5 hissə üzrə,  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. 

Valyuta.az xəbər verir ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri sona çatdırılıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min p/m beton baryerlərin tikintisi aparılıb.

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23.5 km-lik 2-ci hissə üzrə yol yatağının, 5 avtomobil tunelinin, 3 yolatı keçidin, 36 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi artıq yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Artıq bu hissə üzrə 12 km əraziyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. 

20 km-lik 3-cü hissə üzrə 1 yol ötürücüsü, 8 yolatı keçid və 55 suötürücü borunun inşası davam edir, layihə üzrə nəzərdə tutulan 2  körpünün inşası yekunlaşmaq üzrədir. Bundan başqa torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan 6 km-lik hissədə artıq 2 qat olmaqla asfaltanma işləri yekunlaşmaq üzrədir. Yolun bu hissəsində ehtiyyat futlyarlarının quraşdırılması işləri də aparılır. 

18.7 km-lik 4-cü hissə üzrə yol yatağı, yol əsası, 7 körpü və 4 yolaltı keçidin inşası davam edir. Layihə üzrə nəzərdə tutulan 45 suötürücü borunun quraşdırılması və 3 körpünün tikintisi artıq yerinə yetirilib. 

Yeni magistralın 58 km-lik 5-ci hissəsi üzrə isə tikinti işləri yekunlaşmaq mərhələsindədir. Belə ki, sözügedən hissədə yol yatağı və yol əsasının, həmçinin 22 yolaltı keçid, 320 suötürücü boru, 32 körpü və yol ötürücüsünün inşası sona çatdırılıb. Hazırda yol örtüyünün aşınma layı tikilir, çiyinlərdə səthi qaplama işləri aparılır, mühafizə zolağında çəpərlənmə işləri davam edir.  

Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi, ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də aparılır. 

Ümumilikdə isə yeni inşa edilən 150 km-lik magistral yolboyu  55 yol ötürücüsü və körpü, 44 yolatı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü borunun inşası nəzərdə tutulur.

2023-cü ilin əvvəlinədək tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bakıdan Təbrizə aviabiletin qiymətləri məlum oldu

"Azercell" bütün internet paketlərinin QİYMƏTİNİ qaldırdı

"Amazon" "gələcəyin cihazları" üçün işə başladı

“Sumqayıt Bulvar” yenə Nigar Bağırovadan gül alır – Bu dəfə 145 min manatlıq

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bu ölkə atdığınız hər addımı enerjiyə çevirir

Ali Məhkəmədən müflisləşmə ilə bağlı mühüm QƏRAR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Nərə balığını Ukraynadan 1 manat 99 qəpiyə, Niderlanddan 37 manata alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Gələn ay Azərbaycanda qadınların pensiya yaşı qalxacaq

Neftin 75, qazın 51 faizi Avropaya satılıb

Qeyri-sabit hava bu tarixədək davam edəcək

Onlar universitetə imtahansız qəbul olacaqlar - DİM çağırış etdi

“Meta”da süni intellekt bu işi insanların əlindən aldı

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Azərbaycan nefti 69 dollara yaxınlaşır

Hazır startap satışa çıxarılıb - QİYMƏT

İstanbul - Naxçıvan aviareysi üzrə uçuşlara başlanıldı

“Yeni təkər bazarı” yanır

Onlayn, yoxsa ənənəvi mağaza - Hansı sərfəlidir?

"Bitcoin" və altcoinlərin qiyməti artıb

Türkiyə lirəsi və avro bahalaşıb, rubl ucuzlaşıb

Bildiyimiz sistemin bilmədiyimiz adı – Ekvayrinq nədir? - SƏHƏR OXUSU

“Az İnşaat T” inzibati məsuliyyətə cəlb edildi – Məhkəmə işi geri qaytardı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin