BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
22781

Azərbaycan çoxvektorlu xarici siyasət nəticəsində Xəzərətrafı ölkələrlə də münasibətlərini yeni mərhələyə çatdırmaq niyyətini ortaya qoyub. Xüsusilə, Orta Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi diqqət çəkir. Elə bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana və Türkmənistana səfərləri oldu.

Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısı keçirildi. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsi, bu istiqamətdə mövcud olan yük daşımaları diqqət mərkəzində oldu. Görüşdə mövcud problemlər, dar boğazların aradan qaldırılması, bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığının genişləndirilməsi istiqamətlərində yeni fikirlər və təkliflər səsləndirildi. 

Yenidən aktuallıq qazanan dəhliz

Qeyd edək ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Maraqlı məqam ondan ibarətdir ki, bu dəhliz 2014-cü ildə yaradılsa da, Rusiya-Ukrayna müharibəsi fonunda yenidən aktuallıq qazanıb. Bəs, görəsən, Azərbaycanın Orta Dəhlizdən dividendləri nədən ibarətdir?   

“Azərbaycan, Türkiyə və Qazaxıstan arasında əməkdaşlıq güclənir”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Azərbaycan üçün Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi və xüsusilə ticari və iqtisadi münasibətlərin dərinləşməsi prioritetdir: “Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri və bu səfər zamanı iyirmi anlaşmanın imzalanmasından sonra Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirlərinin görüşü bir daha təsdiq edir ki, bütövlükdə Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın güclənməsi müşahidə olunur. Bu, özünü statistikada da göstərir. Hətta pandemiya dövründə belə Azərbaycanla Mərkəzi Asiya və o cümlədən Qazaxıstan, Özbəkistan arasında ticarət dövriyyəsində kəskin azalmalar olmadı. Hətta Özbəkistanla iqtisadi dövriyyəmizdə artımlar müşahidə olundu. Nəticə etibarı ilə ticarət dövriyyəsinin genişlənməsi həm də iqtisadi əlaqələrin dərinləşməsi anlamına gəlir”.

“Türk dövlətləri arasında ticari-iqtisadi əlaqələr dərinləşəcək”

V.Bayramov vurğuladı ki, beynəlxalq yükdaşımalarda yeni dəhlizin yaradılması ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edəcək: “Xüsusilə Rusiyaya tətbiq edilən sanksiyalardan sonra Azərbaycan və bütövlükdə bölgə üzərindən daşınan yüklərin həcmində artımların olacağı proqnozlaşdırılır. Bu da, təbii ki, ölkələrin münasibətlərinin genişləndirilməsinə və daha çox iqtisadi əlaqələrin qurulmasına gətirib çıxaracaq. O baxımdan imkanlar kifayət qədər genişdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bu imkanlar daha da artacaq. Nəticə etibarı ilə region üzərindən daşınan yüklərin həcmi artıq müşahidə olunur. Pandemiyadan sonra, xüsusilə 2022-ci ilin geridə qalan aylarında Mərkəzi Asiya, Azərbaycan və Türkiyə üzərindən daşınan yüklərin həcmində artımlar var. Bu da ölkələrin yeni dəhlizlərdən və yeni beynəlxalq yükdaşımalardan daha çox faydalanacağı anlamına gəlir. Xüsusən də türk dövlətləri arasında münasibətlərin və o cümlədən ticari-iqtisadi əlaqələrin növbəti illərdə daha da dərinləşəcəyini müşahidə edəcəyik”.

“Ən münasib marşrutlar Azərbaycanın üzərindən keçir”

Millət vəkili Azər Badamov da bildirdi ki, dünyada baş verən proseslər fonunda Orta Dəhlizin əhəmiyyəti günü-gündən daha da aktuallaşmaqdadır: “Rusiya-Ukrayna müharibəsi fonunda dünya siyasətində baş verən hadisələr Asiya ilə Avropa arasındakı iqtisadi əməkdaşlıq zəncirində çətinliklər yaradıb. Bu coğrafiyalarda yerləşən ölkələr yeni əməkdaşlıq marşrutlarının axtarışındadır. Belə bir marşrutlar üçün ən münasib istiqamət məhz Azərbaycandan keçir. Orta Asiyada Qazaxıstanda qəbul olunan yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Limanına və Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyədən Avropaya çatdırılır. Amma Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra bu marşrut daha da qısalacaq və yüklər Azərbaycandan birbaşa Türkiyəyə çatdırılacaq. Belə ki, bu marşrut Orta Dəhliz olaraq dünya üçün əhəmiyyətə malik bir nəqliyyat kommunikasiya qovşağına çevrilməklə Xəzər dənizinin və Qara dənizin birləşməsinə gətirib çıxaracaq”. 

“Hər bir tranzit daşınma əlavə gəlir deməkdir”

A.Badamov qeyd etdi ki, iyunun 27-də Bakıda keçirilən Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər və nəqliyyat sahəsindəki məsul şəxslərin görüşündə bu məsələlər ətrafında geniş müzakirələr aparılıb və yekun Bəyannamə qəbul olunub: “Bəyannamədə əks olunmuş Orta Dəhlizin istifadəyə verilməsi ilk növbədə ölkələrimiz üçün böyük iqtisadi səmərə gətirəcək. Çünki ölkələrimiz arasında kifayət qədər böyük yükdaşıma potensialı mövcuddur ki, bu dəhliz həmin daşımaların səmərəliliyini daha da artıracaq. O cümlədən Azərbaycan üzərindən daşınan tranzit yük daşınmalarının həcmində də böyük artımlar gözlənilir. Bu da  ki dövlət büdcəsinə gələcək əlavə gəlirlər deməkdir”.

Mənbə: "Kaspi" qəzeti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Laçın şəhərinin Baş planı təsdiqləndi

Expressbankın İdarə Heyətinə yeni TƏYİNAT

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Nöqsanları aradan qaldırmayan “Bakı Fond Birjası” və vəzifəli şəxsləri cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin