BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
22478

Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

Mərkəzi Bankdan Valyuta.az-a verilən xəbərə görə, görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın gücləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmasından ibarət olub.

Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin ölkədə dayanıqlı iqtisadi inkişaf, vətəndaşların maddi və mənəvi rifahının yüksəldilməsi və onun davamlığının təmin olunması ilə bağlı hədəflərini xüsusi qeyd edərək, həmin vəzifələrin reallaşdırılmasında sığorta bazarının da genişləndirilməsinin əhəmiyyətini izah edib. Bildirib ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və ciddi iqtisadi artım tempi əldə edildiyindən sığorta xidmətlərinin də inkişafı üçün əlverişli iqtisadi mühit yaranıb.

Mərkəzi Bankın sədri həmçinin, requlyatorla bazar iştirakçıları arasında birgə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib, bu məqsədlə sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin önəmini bildirib. Sığorta sahəsində qanunvericiliyinin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər barədə məlumat verən Mərkəzi Bankın sədri, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələrin aparılacağını və bu məqsədlə mütəmadi görüşlərin keçiriləcəyini bildirib.

Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov eyni zamanda ölkəmizin gələcək inkişaf prioritetləri və qarşıya qoyulan hədəflər fonunda bazar iştirakçılarının öz növbəsində kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institutsional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd edib.

Görüşdə sığorta şirkətlərinin rəhbərləri çıxış edərək ölkədəki iqtisadi inkişaf meyilləri, sığorta bazarının genişləndirilməsi imkanları, sığorta istehlakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən işlər, həmçinin, sektorda olan cari qayğılar barədə fikirlərini bildirib.

Sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Asossiasiyası, və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin bu ölkələrə viza rejimini ləğv etdi

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Azərbaycana uşaqları 6 xəstəlikdən qoruyan 25 mln. manatlıq peyvənd gətiriləcək

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Avropada yay istirahəti üçün 13 gözlənilməz məkan - SİYAHI

Qəpiklə ödəniş edilməsin deyə, belə etdilər -FOTO

Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb

Azərbaycan neft hasilatı ilə bağlı qərar verdi

Azərbaycan dünyada şaftalı ixracatında neçənci yerdədir? - SİYAHI

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Bakı sakinləri ən çox nəyə pul xərcləyirlər?

Yeni araşdırma: Süni intellekt hansı peşələri əlimizdən ala bilər?

Bu Mərkəz 52 min manatlıq avtomobil alır

İşlənmiş 8 etibarlı avtomobil – 2025-ci ildə almağa dəyər

Səudiyyə Ərəbistanı Premyer Liqasının ən bahalı 10 futbolçusu - SİYAHI

Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi (FOTO)

Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib - YENİLƏNİB

Bu fermerlərə 15 min ayrılacaq

Qurban Pirimova yüksək vəzifə verildi

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər

Azərbaycan və Türkiyə liderləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olublar

Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

GPT-4 insanlarla debat testində - 64 faizlə qalib sizcə kim oldu?

Laçın Hava Limanının açılışı oldu, Prezidentlər iştirak etdi - YENİLƏNİB

Laçında bu müəssisələrdə çalışanlar 1000 manat maaş alır

Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB

Azərbaycanın 9 beynəlxalq hava limanı - SİYAHI

ABŞ-də oxumaq istəyənlərin nəzərinə! - Qaydalar sərtləşir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Dünyanın ən bahalı 10 ətri - 2 milyondan başlayır

Müştəri gözləntiləri nədir və necə qarşılanır? - SƏHƏR OXUSU

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin