BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
22383

Beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu (BVF) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi artım tempinin azalacağını bəyan ediblər. Növbəti aylarda qlobal iqtisadiyyatda artım faizinin düşəcəyini bəyan edən BVF 2022-ci ildə dünya iqtisadiyyatının 3.6 faiz artacağını proqnozlaşdırır. Ötən il dünya iqtisadiyyatı 5.7 faiz böyümüşdü.

Dünya Bankı və OECD daha da bədbindilər. 2022-ci ildə Dünya Bankı 2.9, OECD isə 3.0 faiz artım proqnozlaşdırır. Hər iki qurumun ilin növbəti yarısı üçün gözləntiləri nikbin deyil.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, qlobal iqtisadiyyatdakı çətinliklər özünü həmçinin ərzaq bazarında qıtlıq və qiymət artımları ilə göstərir.

Deputat deyib ki, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarındakı tarazlığı pozub:

"Hər iki ölkənin dünya buğda ixracatında birgə payı 30 faiz, qarğıdalı, mineral gübrələrdə satışında 20 faiz idi. Neftin 11 faizi bu regiondan ixrac olunurdu.

Göründüyü kimi, qlobal ərzaq qıtlığı və qiymət artımları 2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi olaraq qalmaqdadır. Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda Azərbaycanda idxal infilyasiyası qaçılmazdır. Bu ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-infiliyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi".

"Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Rusiya-Ukrayna müharibəsi isə bir daha göstərdi ki, yeganə dayanıqlı yol idxaldan asıllığın azaldılması və tələbin daha çox yerli istehsal hesabına ödənilməsidir", - parlamentari qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı

Pul haqq idi, nə vaxtdan enerji oldu?

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub

Daha bir ölkəyə vizasız gedə biləcəyik

Neftimizin qiyməti ucuzlaşıb

Tanınmış iş adamı vəfat etdi - Foto

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

Rubl ucuzlaşıb - Yeni məzənnə

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Loqo satışlara necə təsir edir? - EKSPERT

"Bitcoin" 107 min dolları keçdi - "Ethereum" və "XRP"nin qiyməti düşdü

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? – 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? – 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin