BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
22357

Azərbaycana xaricdən avtomobillərin gətirilməsi və dövlətin elektromobillərə tətbiq etdiyi güzəştlər son vaxtlar avtomobil bazarına müəyyən təsirlər edib.

“APA-Economics” avtomobil bazarının son vəziyyətini araşdırıb. Avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev bildirib ki, ilin əvvəlindən başlayan durğunluq, may ayının əvvəllərinə qədər davam edib. Ötən ayın ortalarından isə avtomobil bazarında canlanma müşahidə olunur. Səbəb isə avtomobillərin qiymətinin aşağı düşməsidir. Belə ki, əvvəl qiyməti 12 min manat olan avtomobillər 9 min manata təklif olunur: “Bazarda "Kia" ("Rio"), "Opel" ("Astra"), "Toyota" ("Prius") markalı avtomobilləri əldə etmək üçün fərdi şəxslərin 500-1000 manat ilkin ödəniş və günlük 20-25 manat ödəməsi yetərlidir. Nəticədə, bazarda nağd alışın azalması sözügedən maşınların qiymətinin enməsinə səbəb olub. Hazırda, istehsal tarixi 2008-2009-cu il olan ekonom avtomobillərin qiyməti 9-12 min manat arasında dəyişir”.

Ekspert “ikinci əl" avtomobil bazarında ənənəvi olaraq ilk yeri Koreyanın, iki və üçüncü yerləri isə ardıcıl olaraq Yaponiya ilə Almaniya istehsalı olan avtomobillərin tutduğunu deyib. Yeni avtomobillər içərisində isə Çin istehsalı olan avtomobillərə tələb artmaqda davam edir. Yerli istehsaldan “Chevrolet" və "Khazar”-ə, lüks seqmentdə isə “Mercedes" və "Toyota” markalı avtomobillərə ehtiyac duyulur.

Son dövrlərdə ekoloji təmiz avtomobillərə marağın artığını deyən Eyyub Əliyev, prezidentin sərəncamına əsasən ölkəyə bu qəbildən olan avtomobillərin gətirilməsi üçün işlərin davam etdiyini də bildirib: ”Bu gün ölkəyə məhdud sayda gətirilən istehsal tarixi yeni olan elektromobilərin qiyməti 40-50 min manatdan yüksəkdir. Haqlı olaraq vətəndaşlarımız dövlət tərəfindən qəbul ediləcək struktur əsasında yeni model və daha münasib qiymətə avtomobillərin idxalını gözləyirlər”.

Avto-nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə qeyd edib ki, ilin əvvəllərində xarici amillərin təsiri ilə qiymətlərdə 2-5% artım müşahidə olunsa da, hazırda avtomobil bazarında kəskin qiymət artımı və ya düşməsi müşahidə olunmur: “Azərbaycanda avtomobil bazarında aktivlik müşahidə edilir, ölkəyə həm yeni, həm də köhnə avtomobillərin idxalı həyata keçirilir. Real vəziyyətdə yeni avtomobil bazarı köhnə avtomobil bazarına nisbətdə daha aktiv hesab edilir. Buna səbəb isə 1 yanvar 2022-ci il tarixindən etibarən ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin ƏDV-dən (Əlavə Dəyər Vergisi) azad edilməsidir. Bu isə vətəndaşlarda bu növ avtomobillərə olan marağı artırıb”.

Ekspert deyib ki, Rusiya istehsalı olan avtomobillərə bölgələrdə daha çox ehtiyac var, çünki ABŞ, Avropa və Yaponiya istehsalı olan avtomobillərin rəsmi servisi yoxdur. Bu səbəbdən də, bölgələrdə asan təmir olunan və ucuz başa gələn Rusiya istehsalı olan avtomobillərə üstünlük verilir: “Bununla yanaşı Cənubi Koreya, ABŞ, Yaponiya, Çin və Avropa İttifaqına üzv olan ölkələrin istehsal etdiyi avtomobillərə ölkəmizdə yetərincə tələb var. Düşünürəm ki, tezliklə Rusiya, avtomobil sənayesində baş verən böhran səbəbi ilə yerini Çin istehsalı olan avtomobillərə verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək

Elton Con, Pol Makkartni və Dua Lipa süni intellektə qarşı çıxdılar

Biznes qurmaq istəyənlərin bilməli olduğu 7 qayda - SƏHƏR OXUSU

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq?

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

AMEA-nın həyətində yeni çayxana - Ekspertlər narazıdır, Akademiya susur

Yaponlar indi də çamurdan ət hazırlayacaq

Kartda pul saxlamaq artıq risklidir

Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI

Bu hərbçilərə ev verildi - Foto

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Meksika hökuməti "Google" şirkətini məhkəməyə verib

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? (VİDEO)

9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir

"WhatsApp" mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb

Nadir brilyant hərraca çıxarılacaq

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda nə qədər qiymət fərqi var? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? (VİDEO)

Azərbaycan nefti bahalaşmaqda davam edir

"Bitcoin" 103 min dollara çatdı - Kriptovalyutalar dəyərlənir

Səhvlərindən dərs almaq və uğur qazanmaq istəyən insanlara:“Uğursuzluq yolun sonu deyil” - SƏHƏR OXUSU

Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?

Azərbaycanda qiyabi təhsil ləğv olunacaq?

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

"Pul insanı xoşbəxt etmir" nağıllarına inanmayın

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin