BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
22324

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 7-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Valyuta.az bu barədə Dövlət Xidmətinə istinadən vəbər verir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 63 sifariş qəbul olunub, bunun 20-si elektron qaydada həyata keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Belə ki, ilkin satış qiyməti 12 000 manat olan “Volkswagen Amarok” markalı avtomobilə edilən ən son təklif 2 dəfəyə yaxın artaraq 21 000 manat olub. Bundan başqa, ilkin satış qiyməti 5 000 manata olan “BMW-530i” markalı maşın 9 000 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (//bit.ly/3xpcU1t)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti özəlləşdirmə hərracları 14, 21 və 28 iyun tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb

Dubay şokoladının satışı 8 milyona çatıb

Dubay şokoladının satışı 8 milyona çatıb

Bakıda iş icazəsi alanlar arasında Türkiyə vətəndaşları daha çoxdur

"Google" rəqiblərini qabaqlamaq üçün smartfonu ilə bağlı ənənəni pozur

Bazarda bəzi məhsulların qiyməti azaldı - Ucuzlaşma davamlı olacaq?

MİQ universitet müəllimləri üçün tətbiq oluna bilər? -AÇIQLAMA

Yeni işə başlayanlar və iş yerini dəyişdirənlər bunları mütləq bilməlidir

“WhatsApp” sabahdan bu telefonlarda İŞLƏMƏYƏCƏK

Birinin qanlı əlcəyi, digərinin dişi satıldı – Məşhurların qeyri-adi hərrac əşyaları

Varlıların həyat dəyişdirən sirrləri

"Base Construction"nın 100 mindən çox borcu var

"Base Construction"nın 100 mindən çox borcu var

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? - Açıqlama - Video

“Hesabınız dondurulub, müdaxilə var”- DİN-dən vətəndaşlara xəbərdarlıq

Qramı 512 manat olan balın süfrəyə gəlişi -"Mad honey"

MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

Neftimizin qiyməti ucuzlaşıb

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

ABŞ-ın maliyyə naziri: "Çinlə danışıqlar dalana dirənib"

4 yaşında limonad satışı ilə başlayan uğur hekayəsi - SƏHƏR OXUSU

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin