BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
22028

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 25 may 2022-ci il saat 11:00-da satışa çıxarılacaq. 

Nazirlikdən Valyuta.az-a verilən məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara alınıb. İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.

Müəyyən olunmuş marşrut xətləri üzrə biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada almaq olar.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.

Vətəndaşlardan qanunsuz bilet satışı halları ilə rastlaşdıqları halda bu barədə [email protected] elektron poçt ünvanı, www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Gürcüstan səfirliyinin yeni binası bu ünvanda yerləşəcək

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Hakan Fidan sabah Azərbaycana gələcək

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb

Mask, Bezos, Zukerberq, Kuk... - Texnologiya nəhənglərinin Trampın andiçməsində nə işi var?

Bu il hansı sahənin mütəxəssislərinə daha çox tələb olacaq?

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır

Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq

Süni intellektlə yeni dələduzluq üsulu yayılıb

Dünyanın ən böyük akkumulyator zavodu yanır

Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ

Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ

Göyçayda 9 kəndi birləşdirən yolların yenidən qurulması yekunlaşıb

Şənbə gününün hava proqnozu

İsa Həbibbəyli bu vəzifəsindən azad edildi

Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin