Nəqliyyat
18.05.2022 / 15:47
İqtisadçıdan AZAL-a ağır sözlər: "Bunun bir adı var - oğurluq, talançılıq..."
21919
“Azərbaycan Hava Yolları” QSC (AZAL) son maliyyə hesabatını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, 2020-ci ildə AZAL hökumətdən COVID-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb.
“Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur, bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək.
Bunun bir adı var - oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik”, deyə ekspert bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay