BAKU Azərbaycan
16.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
21754

Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərlərinə ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təlim keçirilir. Təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastalaşan zaman hansı addımlar atmalı olduqları ilə bağlı tövsiyələr verilir. 10-12 may tarixlərində davam edəcək təlimlərə ümumilikdə 1000 nəfərə yaxın fermer cəlb olunub.

ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması,   mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarına müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarının nümunələri göstərilib.

Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisinə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılır. Artıq Qubadlı rayonu ərazisində 862 arı ailəsinin köçürülməsi təmin edilib. Kəlbəcər yaylaqlarına ən azı 20 min, Laçın yaylaqlarına isə 15000 arı ailəsinin köçürülməsi nəzərdə tutulur.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaqları dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəxsi büdcənizi yaxşılaşdırmaq üçün 4 effektiv yol

Rusiyada neft-qaz yatağında dəhşətli yanğın

Lerikdəndir, amma ABŞ polisidir

Lerikdəndir, amma ABŞ polisidir

“Apple” "iPhone" modellərinin təqdimat tarixini dəyişir

Çətin vaxtlarda necə lider olmalı? - Komandanı ayaqda saxlayan 5 real strategiya

Toy etmək neçəyə başa gəlir? - Sakinlər arasında SORĞU

Evdəki bu cihazlar işıq pulunu ikiqat artırır

"Google" bu ştata 1,4 milyard dollar ödəyəcək

20 minə yaxın bakalavr magistraturaya imtahan verib

20 minə yaxın bakalavr magistraturaya imtahan verib

Azərbaycanlılar milyonlarını ən çox harda xərcləyir?

"iPhone" istifadəçiləri üçün çoxdan gözlənilən YENİLİK

Hansı rəng daha çox satır? - Marketinqin ən rəngli sirləri

"WhatsApp"dan 15 il sonra İLK

"Panasonic" şirkəti 5 min işçisini ixtisar edir

Bill Qeyts bütün sərvətini yoxsul və xəstələrə verəcək

Elton Con, Pol Makkartni və Dua Lipa süni intellektə qarşı çıxdılar

Biznes qurmaq istəyənlərin bilməli olduğu 7 qayda - SƏHƏR OXUSU

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Süni intellekt bəzən niyə "məntiqsiz" cavablar verir? Üzərinə çox getdikdə niyə "həddindən artıq tərif" yağdırır?

Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq?

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır

AMEA-nın həyətində yeni çayxana - Ekspertlər narazıdır, Akademiya susur

Yaponlar indi də çamurdan ət hazırlayacaq

Kartda pul saxlamaq artıq risklidir

Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI

Bu hərbçilərə ev verildi - Foto

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ

Meksika hökuməti "Google" şirkətini məhkəməyə verib

İcra başçısı şöbə müdirini özünə BİRİNCİ MÜAVİN təyin etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin