BAKU Azərbaycan
17.87°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1054
  • TRY
    0.044
  • GBP
    2.2665
21693

Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür.

Valyuta.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Mərkəzi Komitənin birinci katibi seçilərək respublikanın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olub və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranan kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilən təsis qurultayında partiyanın sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq verən Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat edib, dekabrın 15-də Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Heydər Əliyev bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülüb, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Alibaba" süni intellekt təlimində inqilabi metod təqdim etdi

CATL Honq-Konq listinqində ən azı 4 milyard dollar toplamağı planlaşdırır

Banan plantasiyaları yox ola bilər - Klimatoloqlardan xəbərdarlıq

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

“Azeed Agro” barədə məhkəməyə müraciət edildi, rəhbərinə “stop” qoyuldu

"Ulduz döyüşləri"nin uçan motosikletləri gerçəyə çevrilir - "Airbike" (FOTO/VİDEO)

5 manatlıq şirkətin 235 min manat vergi borcu var

Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən ÇIXARILDI

Bakıda səs yazısı yayılan qalmaqallı direktor işdən ÇIXARILDI

Ölkəyə kartof gətirən "ESTOS"un borcu 200 mini ötdü

Çinli hakerlərin yeni hədəfi: evinizdəki modemlər

“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına təyinat olub

"Google"un süni intellekti həkimlərdən daha dəqiq diaqnoz qoymağı öyrənib

Aleksandr Kazakova “stop” qoyula bilər

Bu ölkə Azərbaycana 15,52 manatdan mixək satıb

Ədədi 503 manatdan gətirilən smartfonlar xaricə 366 manatdan satılıb

Ədədi 503 manatdan gətirilən smartfonlar xaricə 366 manatdan satılıb

AZAL Bakı-Astana reyslərinin sayını artırır

"Apple" yeni "iPhone"ların qiymətini artırmağı planlaşdırır

Azərbaycanda bəzi vətəndaş kateqoriyaları üçün mənzil əldə etmək daha əlçatan olacaq - VİDEO

Vaqif Cavadov istefaya göndərildi

3 manata satılan kabablar hansı ətdən hazırlanır? - VİDEO

Mərkəzi Bank “Azəridmanservis”ə protokol yazdı, məhkəmə icraata xitam verdi

ABB-nin rəhbərliyi bankdan nə qədər qazanır?

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

AFB Bank: Banka gəlmədən kredit götürmənin yeni dövrü – “Başdan Başa” layihəsi®

Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - Müsahibə

Prezident Rəşad Nəbiyevə yeni vəzifə verdi - SƏRƏNCAM

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

Azərbaycana gətirilən bu məhsullar gömrük rüsumundan azad edilir

İlham Əliyev yeni rektor təyin etdi

Azərbaycanla Pakistan arasında saziş təsdiqlənəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin