BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
21557

Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur.

Bunu "Report"a müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

"Təəssüf ki, Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin olmasına baxmayaraq hələ də bir sıra regionlara hərəkət edən nəqliyyat vasitələri şəhərin digər nöqtələrində toplaşması halları var. Bu problemin aradan qaldırılması üçün işlər aparılır", - R. Hümmətov bildirib.

Onun sözlərinə görə, regionlara hərəkət edən nəqliyyat vasitələrinin avtovağzal kompleksindən kənarda – şəhərin müxtəlif nöqtələrində toplaşması uzun illər ərzində yaranmış bir problemdir və bunu aradan qaldırmaq üçün müxtəlif istiqamətlərdə işlər aparırıq: "İlkin olaraq, avtovağzalların, ümumiyyətlə şəhərlərarası sərnişindaşıma sahəsinin monitorinqini keçirdik. Nəticədə ciddi nöqsanlar aşkar edildi. Avtovağzalların işində səmərəliliyin artırılması ilə bağlı tədbirlər planı hazırladıq. Həmin tədbirlər planına əsasən respublika ərazisində, eləcə də Bakı şəhərinin müxtəlif ərazilərində qeyri-qanuni avtovağzal xidməti göstərilən yerlərin müəyyənləşdirilməsi və onların fəaliyyətinin dayandırılması üçün aidiyyəti üzrə müraciət olunması nəzərdə tutulur".

R. Hümmətov bildirib ki, eyni zamanda, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qanunsuz fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər keçirir:

"Bu reydlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur. Onu da bildirmək istəyirəm ki, aparılan sistemli tədbirlər nəticəsində Şirvan şəhərində qeyri-qanuni fəaliyyət göstərən avtovağzalın, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qanunsuz taksi dayanacaq yerinin fəaliyyəti dayandırılıb. Sərnişin axını intensiv olan Lökbatan dairəsində Bakı – Cənub Avtostansiyasının pasportlaşdırılmasına başlanılıb".

Nazir müavini vurğulayıb ki, bu istiqamətdə işlər davam etdiriləcək, sərnişindaşıma sahəsində elektron xidmətlərin tətbiq edilməsi və rəqəmsal transformasiya təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Nikahların sayı azaldı

Azərbaycan əhalisinin sayı açıqlandı

İlham Əliyevlə İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Gürcüstan səfirliyinin yeni binası bu ünvanda yerləşəcək

Ziya Məmmədovun bacısı təqaüdə göndərildi

Hakan Fidan sabah Azərbaycana gələcək

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

10 ildə Çinin neft emalı zavodlarının 10 faizi müflis olacaq

İlham Əliyev və İrakli Kobaхidzе arasında təkbətək görüş başlayıb

Mask, Bezos, Zukerberq, Kuk... - Texnologiya nəhənglərinin Trampın andiçməsində nə işi var?

Bu il hansı sahənin mütəxəssislərinə daha çox tələb olacaq?

Bakıda mozaika kompozisiyalarında restavrasiya işlərinə başlanılır

Azərbaycan və Gürcüstan nəqliyyat dəhlizində əməkdaşlıq haqqında memorandum imzalayacaq

Süni intellektlə yeni dələduzluq üsulu yayılıb

Dünyanın ən böyük akkumulyator zavodu yanır

Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ

Bu şəxslərə ayda 1000 manat veriləcək - RƏSMİ

Göyçayda 9 kəndi birləşdirən yolların yenidən qurulması yekunlaşıb

Şənbə gününün hava proqnozu

İsa Həbibbəyli bu vəzifəsindən azad edildi

Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib

Ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

Ötən il 2 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin