BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.128
  • TRY
    0.0435
  • GBP
    2.2849
21532

Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.

Valyuta.az-ın məlumatına görə, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Qeyd edilən yolların ümumi uzunluğu isə 70.4 km-dir.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa olunur. Belə ki, hazırda yolun genişləndirilərək profilə salınması və 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16.5 metr təşkil edəcək.

Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 45 km-lik hissəsində torpaq yatağının inşası işləri davam etdirilir. "İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol yatağı hazır olan 8 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissədə torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işləri icra edilir.

Belə ki, yeni inşa edilən yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və düzbucaqlı su keçidləri, həmçinin əsas yolun təqribən 10, 22, 32, 38 və 43-cü km-də, yanaşma yolun 4-cü km-də, həmçinin Qubadlı şəhərinə gedən avtomobil yolunun 1-ci km-də layihə üzrə nəzərdə tutulan körpülərin inşası aparılır. Bundan başqa Xanlıq-Qubadlı yolu ilə kəsişmədə müxtəlif səviyyəli yol qovşağının tikintisi də davam etdirilir.

Artıq layihə üzrə 46 dairəvi, 12 düzbucaqlı boru və 12 yeraltı keçid tikilib, 1040 metr istinad divarı inşa olunub.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Tikinti işlərinin 2023-cü il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

İşğaldan azad olunan Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçən bu avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MİDA-nın yarım milyonluq tenderi baş tutmadı

Neftimizin qiyməti ucuzlaşıb

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

Bazarda qiymətlər tavanda: Alça 15, şaftalı 17, tut isə 10 manata... - Video

ABŞ-ın maliyyə naziri: "Çinlə danışıqlar dalana dirənib"

4 yaşında limonad satışı ilə başlayan uğur hekayəsi - SƏHƏR OXUSU

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bir damla qanla milyardlarla dollar - "The Inventor" fırıldağının hekayəsi

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bu ödənişin məbləği 10 dəfəyədək artırılır

Mərkəzi Bankda iki təyinat

Restoranlarda verilən qurbağa əti ilə bağlı Açıqlama

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin