BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9286
  • RUB
    2.2033
  • TRY
    0.0433
  • GBP
    2.2896
21439

Bakının ayrı-ayrı rayonlarında minlərlə fərdi ev var ki, onların sənədləri yoxdur. Üstəlik, bu evlərin çox hissəsi insan həyatı üçün təhlükə mənbəyidir.

Çünki elə yerlərdə inşa olunublar ki, təhlükəni görməmək mümkün deyil. Millət vəkili Vahid Əhmədov bu məsələdən danışıb. Deputat deyib ki, belə evlərin sahiblərinə ya kompensasiya ödənilməlidir, ya da ayrıca mənzil verilməlidir.

Valyuta.az Xəzər TV-yə istinadən xəbər verir ki, qaz xətlərinin üstündə, elektrik xətlərinin altında, dəmir yollarının bir addımlığında. Hətta bəzilərinin həyətində neft quyusu da var.

Bakıətrafı kənd və qəsəbələrdə belə evlərin sayı minlərlədir. Bu tikililər yalnız içində yaşayan sakinlər üçün deyil, digər vətəndaşlar üçün də təhlükə mənbəyi sayılır.

Millət vəkili Vahid Əhmədov on minlərlə vətəndaşı əhatə edən bu problemlə əlaqədar Milli Məclisdə dəfələrlə məsələ qaldırıldığını deyir.

Millət vəkilinin fikrincə, tikildikləri ərazilərdən asılı olmayaraq, belə evlərin aqibətinə aydınlıq gətirilməlidir. Yəni sökülməli olanlar sökülməli, sənədləşdirilməli olanlar isə müvafiq sənədlə təmin edilməlidir.

Vahid Əhmədov deyir ki, bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər.

Hazırda qarşıda duran əsas məsələ sənədsiz evlərin hansılarının sökülməsi və hansılarınsa sənədlə təmin edilməsi ilə bağlıdır.

Söküləcək evlərin sahiblərinə gəlincə isə, millət vəkili deyir ki, onlara veriləcək kompensasiyanın növü də müəyyənləşdirilməlidir.

Millət vəkili son vaxtlar Bakıda qanunsuz ev tikilməsi hallarına rast gəlinmədiyini də deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Azərbaycanın bu ölkədə yeni səfirliyi açıldı

Bu saatlar təkcə zamanı yox, sərvəti də göstərir - Dünyanın ən bahalı 10 saatı

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

Çindən 2,21 manata alıb, Səudiyyə Ərəbistanına 38 manatdan satmışıq

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Azərbaycan saatlıq əməkhaqqına keçir: Layihə hökumətə təqdim edildi

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

"OpenAI"ın mediaya sızan planları: ChatGPT "super köməkçi"yə çevrilir

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin