
Azərbaycanlılar ötən ay Türkiyədə neçə mənzil alıb?
Azərbaycan Türkiyədə mənzil alan ilk "iyirmilik"də yer alan ölkələr siyahısına düşüb.
Valyuta.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı məlumatb yayıb.
Bildirilir ki, 2021-ci illə müqayisədə 2022-ci ilin mart ayında Türkiyədən mənzil alan xarici ölkə vətəndaşlarının sayı 20,6 faiz artıb. Belə ki, bu ilin mart ayında qardaş ölkədən 134 min 170 ədəd mənzil alınıb.
Evlər ən çox İstanbul, Ankara və İzmir şəhərlərində satılıb. Yanvar-mart aylarında mənzil satışı əvvəlki ilin eyni dövrünə nisbətən 21,7% artaraq 320 min 63 ədəd olub.
Mart ayında Türkiyədən ev alan ölkələr siyahısında ilk "üçlüy"ü İran (784 ev), İraq (741 ev) və Rusiya (547 ev) tutur. Azərbaycan 16-cı yerdə qərarlaşır. Belə ki, mart ayında Azərbaycan vətəndaşları Türkiyədən 115 mənzil alıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay