BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.9592
  • RUB
    2.1249
  • TRY
    0.0431
  • GBP
    2.3008
21242
Bakıda 17 mərtəbəli binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər. Sakinlərin iddialarına görə, Mənzil Tikinti Kooperativinin təsisçisi mənzillərə aid eskiz layihələri onlara verməkdən imtina edib. Sakinlərin sözlərinə görə bu sənəd üçün onlardan pul tələb edilir. Məsələyə tikinti şirkəti də münasibət açıqlayıb.  
 
İllər əvvəl rəsmi qaydada pul ödəyib mənzil alıblar. Amma indi yaşadıqları evə çıxarış ala bilmirlər. Bu iddia ilə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakinləri çıxış ediblər. Söhbət ''V-massivi'' 5-D ünvanında yerləşən, 2008-ci ildə ''Ayla'' mənzil tikinti koperativi tərəfindən inşa edilmiş binadan gedir. Sakinlərin sözlərinə görə, onlar həmin vaxt müqavilə əsasında ödəniş edərək, mənzil alıblar və əllərində buna dair maliyyə arayışları var. 
 
Sakinlər iddia edirlər ki, 2019-cu ildə bina dövlət qeydiyyatına alınarkən MTK-nın təsisçisi Əli Abışov binadakı 240 mənzildən 28-nə çıxarış almaq üçün eskiz layihəsi verməyib. 
 
Sakinlərin iddialarına görə MTK-nın təsisçisi Əli Abışov sözügedən sənədi onlara verməmək üçün sakinlərin adına olan müqavilə sənədini də ləğv edib. 
 
Məsələ ilə bağlı ''Ayla'' mənzil tikinti kooperativinin ofisinə getdik. Şirkətin hüquqşünası Gülbala Zamanov isə sakinlərin iddiaları ilə razılaşmayıb. Bildirib ki, təsisçi Əli Abışov 2013-cü ildə həbs edilərkən MTK-nın sədri İsmayıl Paşayev başqa sahibləri ola-ola mənzilləri qanunsuz olaraq bu vətəndaşlara satıb. Gülbala Zamanov MTK-rəhbərliyinin çıxarış üçün pul tələb etməsi ilə bağlı sakinlərin iddialarının əsassız olduğunu bildirib. 
 
Vaxtı ilə tikinti şirkətinin sədri olan İsmayıl Paşayevlə də əlaqə saxladıq. Adı çəkilən şəxs isə mənzillərin təsisçi Əli Abışovun həbsdə olduğu vaxt məhz onun istəyi ilə satdığını iddia edib. 
 
Qeyd edək ki, MTK-nın təsisçisi bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə də müraciət edib və iş orda araşdırılır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

Milyarderlər arasında SORĞU - Bu əşyadan imtina edə bilmirlər

Bütün milyonerlərə xas 6 xüsusiyyət

Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

Bu üzümün hər bir dənəsi 44 manatdan satılır

İranın yeni iqtisadiyyat naziri seçildi

Neft qiymətləri təchizatla bağlı narahatlıqlar fonunda artmaqda davam edir

"Gucci" çətin vəziyyətdədir - Rəhbər dəyişikliyi edəcək

Azərbaycan Gürcüstana birbaşa investisiyaları artırıb

İsveçdə dollar milyonçularının sayı azalıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

Aylıq 5 000 manat icarə gəliri olan coffeeshop satılır - QİYMƏT

"Solana"nın qiyməti artarkən, "Dogecoin" dəyər itirir

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

14 yaşında CEO, 20 yaşında qlobal müşavir oldu - SƏHƏR OXUSU

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Günün hansı saatında daha məhsuldarsınız?

Dünyada hansı ölkənin sakinləri ən az işləyir?

Kərə yağının qiymətində kəskin artım var: "Baha alıb, baha da satırlar"

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

Mifin ifşası: Satıcıların gizlətdiyi "orijinal" avtomobil hissələri haqqında həqiqət

"WhatsApp"ın Android versiyasına "iPhone" istifadəçilərinin sevdiyi xüsusiyyət gəlir

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri açıqladı

Naxçıvanda bir sıra obyektlərin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Nyu-Yorkda süni intellektlə bağlı qanun qəbul edildi

Xaricdən alınan mərci marketlərdə baha satılır - Qiymətlər

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO

Sabahın hava proqnozu

Onlayn kredit götürərkən bunlara diqqət edin

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin