BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
20931

Dövlət Avtomobil Nəqliyyatı Xidməti yeni avtobus marşrutları ilə bağlı müsabiqə elan edir. Şəhərlərarsı sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Horadiz (Füzuli)-Bakı, Bakı-Sabirabad-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Nazirlikdən Valyuta.az-a verilən məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil edilir.

Müsabiqə şərtlərinə əsasən, Bakı-Horadiz (Füzuli)-Bakı istiqaməti üzrə daşıyıcıların ən azı 3, Bakı-Sabirabad-Bakı istiqaməti üzrə 2 orta və iri tutumlu avtobusu olmalıdır.

İddiaçılar müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri 29 aprel 2022-ci il saat 17:00-dək, müsabiqə təklifləri toplusunu isə 13 may 2022-ci il saat 17:00-dək

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə təqdim etməlidirlər.

İddiaçıların təkliflər paketlərini 26 may 2022-ci il tarixində müsabiqə keçirilən zaman komissiya üzvləri açacaqlar. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Qeyd edək ki, şəhərlərarası marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çində əhalinin sayı 1 milyon nəfər azaldı

"Xalq Sığorta" və "PAŞA Sığorta" yenə şikayətlər üzrə liderdir

"Xalq Sığorta" və "PAŞA Sığorta" yenə şikayətlər üzrə liderdir

“Aqroservis” ASC-ninnizamnamə kapitalı dəyişdirilir

Ölkədən çıxan hər maşın üçün 150 manat vəsait ödənilib - 326 milyonluq əməliyyat

Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır

Rubl, lirə ucuzlaşdı - Günün Məzənnəsi

Yeni "Aston Martin" avtomobillərində problem aşkarlandı

2025-ci ildə kriptovalyuta sahəsində nələr baş verəcək? - "Phemex"in proqnozları - SƏHƏR OXUSU

"Google"un axtarış bazarındakı payı 9 ildən sonra ilk dəfə azaldı

Sem Altman uğur üçün zəruri olan bacarıqları açıqladı

Dövlət investisiyaları ilə bağlı 3 milyonluq layihə

"Apple" Çin smartfon bazarında mövqelərini itirir - Satışlar kəskin azalır

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin