BAKU Azərbaycan
15.95°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
20752

Varlı ruslar sanksiyalar səbəbindən Dubaya üz tutublar ki, bu da əmlakların qiymətlərini kəskin artırıb. Alıcıları Dubayda cəlb edən yumşaq vergi qanunları, yaşayış icazəsi almaq imkanı və sənədləşmənin asan olmasıdır. Avropada aktivlər almaq üçün ruslar indi hiylələrə əl atmalıdırlar - xarici banklarda rubl hesabları açmalı, nağd pul çıxarmalı və kriptovalyutalar vasitəsilə yenidən dollar çevirməlidirlər.

"Golden Brown Group"un baş direktoru Tatyana Burlakovskaya bildirib ki, martın əvvəlindən rusların Dubayda daşınmaz əmlak alması fevral ayı ilə müqayisədə 40% artıb. Rusların Dubaydakı əmlak əməliyyatlarının sayı ötən illə müqayisədə 70% artıb.

“Becar Asset Management” in prezidenti Aleksandr Şarapov rusların Dubayda daşınmaz əmlaka hazırkı tələbatını heyrətamiz adlandırıb, baxmayaraq ki, Ukrayna böhranından əvvəl də bu sahəyə rusiyalıların marağı olub. O qeyd edib ki, 2021-ci ildə Dubayda daşınmaz əmlakın dəyəri 44%, bu ilin yanvar-fevral aylarında isə daha 7% artıb. Onun sözlərinə görə, hazırda Dubayda əmlak sövdələşmələri 272 min -816 min dollar arasında dəyişir.

Şarapov qeyd edib ki, hazırda Dubayda 300 minə yaxın rusdilli insan yaşayır ki, bu da əmirliyin əhalisinin 10%-ni təşkil edir. Rusları əmlak və gəlir vergilərinin olmaması cəlb edir. Dubayda 204 min dollara ev almaq kifayətdir ki, yaşayış icazəsi də əldə edəsən. Bundan başqa, Birləşmiş Ərəb Əmirlikləri ilə Rusiyanın birbaşa uçuşlarını davam etməsi də rus varlıları üçün bir üstünlük hesab olnur. Rusiyalı varlıların Gürcüstan, Tayiland və Türkiyədə də əmlak bazarına diqqəti artıb.

"Golden Brown Group"un baş direktoru Tatyana Burlakovskaya deyib ki, Türkiyə həmişə rusların marağında olub. 2021-ci ildə onlar ölkədə 5,4 min daşınmaz əmlakla bağlı əməliyyat aparıb ki, bu da 2020-ci illə müqayisədə 75% çoxdur.

O da qeyd edilir ki, indiki böhran zamanı sərmayələr müqabilində yaşayış icazəsi və vətəndaşlıq hüququ qazanmaq istəkləri dəfələrlə artıb. Amma bu cür müraciətlərin coğrafiyası indi məhduddur. “Henley & Partners” şirkətinin məlumatına görə, ruslar üçün BƏƏ, İsveçrə, Böyük Britaniya, İtaliya, Lüksemburq, Portuqaliya, Avstriya, Avstraliya, Kanada, Tailand və Kiprdə sərmayə qoyaraq yaşayış icazəsi almaq imkanları hələ də mövcuddur. İnvestisiya yolu ilə vətəndaşlıq alınması Türkiyə və Serbiyada da mümkündür. Lakin qeyd edilir ki, həmin ölkələrdə bank hesablarının açılması və xaricə vəsaitlərin köçürülməsi ilə bağlı çətinliklər qalmaqdadır. Məsələn, Kiprdə və bir çox Avropa ölkələrində hazırda ruslar ödənişlər həyata keçirə bilmir. Ancaq Dubay, Türkiyə və dost olmayan ölkələr siyahısına daxil edilməyən digər dövlətlərdə sanksiyalara məruz qalmayan banklardan SWIFT köçürmələri etmək imkanları qalır.

Rusiyadan xarici valyutanın çıxarılmasının 10 min dollar civarında məhdudlaşdırılması da əlavə problem yaradır. Məsələn, türk bankları rublu qəbul etmək istəmirlər. Üstəlik, martın 7-dən etibarən bir sıra xarici banklar Rusiya vətəndaşları üçün hesab açmaqdan imtina etməyə başlayıblar.

Rublun çıxarılması həmişə ruslar üçün sərfəli deyil, konvertasiya zamanı böyük məbləğdə itirə bilərərlər. Buna görə də, hələlik bir neçə variantdan biri, sonradan nağd pula çevrilən kriptovalyuta vasitəsilə köçürmədir.

Ruslar BƏƏ-nin ABŞ-a soyuq münasibətini də diqqətlə izləyirlər. “The Wall Street Journal” xəbər verib ki, BƏƏ-nin faktiki hökmdarı və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanla krallıqdakı bütün məsələlərə də qərar verən Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Baydenin telefon zəngini iqnor ediblər. ABŞ dünya və xüsusilə Avropa bazarlarında qiymətləri aşağı salmaq, bununla da “anti-Rusiya sanksiyalarının Avropaya vurduğu zərəri azaltmaq üçün” onları neft hasilatını artırmağa inandırmağa çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İnsan müdaxiləsi olmadan sosial robotların öyrədilməsi metodu yaradılıb

356 min manat vergi borcu olan sirli şirkət

Hindistanlı həkimin Azərbaycandan çıxışına “stop” qoyuldu

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Araz Mehdiyev YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO

"Apple" "Siri"yə görə yeni funksiyaları vaxtından əvvəl elan etməyəcək

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Xırdalandakı uşaq əyləncə mərkəzi bağlandı- Video

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Banklar kredit faizlərini niyə artırır? - Elanda aşağı, amma reallıq...

Son zəng necə keçirilməlidir? - Deputat

Sumqayıt Şəhər Bələdiyyəsinin sədri dəyişdi

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Azərbaycanlının Amerikada salat biznesi ilə qazandığı uğur hekayəsi

Bakının tanınmış hotelinə direktor təyin edildi - FOTO

5G texnologiyası insanlar üçün təhlükəlidirmi? - Yeni araşdırma

Zamindən hansı hallarda vəsait tutula bilər?

Azərbaycan ən baha və ən ucuz elektromobilləri haradan alır? - QİYMƏTLƏR

Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi®

"Qatar Airways" rekord məbləğdə illik mənfəət əldə etdi

Karyera yüksəlişinə mane olan gözlənilməz faktor açıqlandı

"Nissan" maliyyə çətinliklərinə görə Yaponiyadakı zavodlarını bağlayacaq

UNEC bu halda distant təhsilə keçəcək

UNEC bu halda distant təhsilə keçəcək

Baş nazir bu qurumun işçilərinin maaşı ilə bağlı qərar imzaladı

Sabiq icra başçısının direktor qızı işdən çıxarıldı

Prezident müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı Sərəncam imzalayıb

Keçmiş nazirin Azərbaycandan çıxışına "stop" qoyuldu - Borc qalmaqalı

"Nvidia" süni intellekt çipləri üçün vahid bazar yaradacaq

WSJ: Dünyada onlarla kriptovalyuta firmasının sahibi oğurlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin