BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
20695

"AzerGold” QSC-nin strateji planına əsasən, yeni “Greenfield” layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1 polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10 yatağın istismara verilməsi hədəflənir.

"Report"un məlumatına görə, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədr müavini Xəyyam Fərzəliyev "Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları” kitabının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, bir neçə perspektiv sahədə kəşfiyyat və tədqiqat işləri plan üzrə icra edilir: "Cəmiyyət tərəfindən fəaliyyət dövrü ərzində, ümumilikdə 240 min metrə yaxın buruq-qazma işləri görülüb​ ki, bu da ölkənin dağ-mədən sənayesi üzrə yüksək göstərici hesab olunur. 2017-ci ildə Cəmiyyətin 179 min qızıl ekvivalentində unsiya olaraq hesablanmış metal ehtiyatları 4,4 milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə artırılıb".

X. Fərzəliyev qeyd edib ki, "AzerGold” fəaliyyət dövrü ərzində 287 min unsiya qızıl, 530 min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olub.

"5 ildən bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib. Hazırda Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl yataqlarında hasilat işləri aparılır. Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam etdirilir", - sədr müavini bildirib .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin