BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
20575

Buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Buğdanın may fyuçerslərinin qiyməti Çikaqo birjasında 7,1 faiz artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Qiymətlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yaranacağı narahatlığı fonunda yüksəldiyi qeyd edilir.

Mövzu ilə bağlı Kaspi qəzetinin məqaləsini təqdim edirik:

Azərbaycanın buğda idxal etdiyi 3 əsas ölkə var. Ukrayna, Rusiya və Qazaxıstan. Yəni buğda aldığımız iki ölkə hazırda müharibə edir. Əsas ixracatçılarımız olan ölkələrin müharibə apardığı dövrdə buğda tələbatını necə ödəyəcəyik? Bu, çörəyin, ümumilikdə un və un məmulatlarının qiymətində yenidən artıma səbəb ola bilərmi? Çünki ilin əvvəlində çörəyin qiymətində bir dəfə artım qeydə alınmışdı. 

İqtisadçı Xalid Kərimli deyir ki, Rusiya və Ukrayna dünyada taxıl ixracında böyük paya malik ölkələr olduğu üçün onlar arasındakı gərginlik qiymətlərə öz təsirini göstərməli idi:

“Rusiya və Ukraynanın dünyanın taxıl ticarətində böyük payı var. Bu gün Rusiya dünya taxıl ixracının 18 faizini həyata keçirir. Bu rəqəm 2018-ci ildə 25 faiz idi. Yəni Rusiya dünyanın ən böyük taxıl, buğda ixracatçısıdır.

Ukrayna da dünyanın 5-ci ən böyük ixracatçısıdır. Dünya taxıl ixracında 7,5 faizlik paya sahibdir. İki ölkə bir yerdə dünya taxıl ixracının 25-30 faizini təmin edir. Kifayət qədər böyük paya malikdirlər və bu gərginlik buğdanın qiymətinə təsir göstərməli idi”.
 
X.Kərimlinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı konflikt genişləndikcə, bu, qiymət artımı prosesində də müşahidə ediləcək:

“Ukrayna və Rusiya buğda ticarətini, əsasən, Qara dəniz üzərindən həyata keçirir. Hətta Ukraynada bu rəqəm 95 faizdir. Ukrayna Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı. Rusiya artıq Xerson şəhərini tutub.

Bu liman vasitəsilə Ukraynanın Qara dənizə çıxışı məhdudlaşır. Bütün bunlar da buğda qiymətlərinin yüksəlməsi təhlükəsini ciddi surətdə artırır. Konflikt genişləndikcə bu proseslər də dərinləşəcək. Amma müharibə qısa müddətdə dayanarsa, qiymətdə müəyyən qədər ucuzlaşma qeydə alına bilər”.
 
X.Kərimli bildirdi ki, Azərbaycan buğdanı, əsasən, Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Ancaq əsas asılılıq Rusiyadandır:

“Azərbaycanın buğda idxalının azaldılması ilə bağlı müəyyən planları var idi. Onlardan biri də Ukraynada ərazilər icarəyə götürüb buğda əkilməsi idi. Hazırda ərazidə konflikt var, ona görə o plan müəyyən müddət təxirə salınacaq.

Ümumi buğda idxalımızda Rusiyanın payı 98-99 faizdir. Düzdür, Rusiyanın ərazisində müharibə getmir. Amma Rusiyaya qarşı sanksiyalar qiymətləri artırır. Bu konflikt uzandıqca daha az məhsul dünya bazarlarına çıxarılacaq və qiymətlər də artacaq”.

İqtisadçı qeyd etdi ki, buğdanın qiymətinin kəskin artması un və un məmulatlarının da qiymətində öz əksini tapa bilər:

“Bahalaşmış un, buğda qiymətləri un, çörək məhsullarının qiymətini artıra bilər. Hökumət 2022-ci ildən un məhsullarının idxalına heç bir subsidiya vermir. Tətbiq etdiyi güzəştlər də indiki qiymətlərdə öz əksini tapıb. Dünya buğda, taxıl bazarında baş verən qiymət artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ reytinqini aşağı salan “Moody's”ə inamsızlığını elan edib

Avro və rubl dəyər itirir - Günün məzənnəsi

Yağıntılı hava şəraiti otun qiymətinə təsir edib

Kriptovalyutaların qiyməti düşərkən, "Dogecoin"də artım oldu

İşdən çıxarılmaq qorxusu - Mütəxəssislər bu narahatlığın 5 əsas səbəbini açıqladı - SƏHƏR OXUSU

İşdə tənqidlə qarşılaşdıqda necə davranmalıyıq?

TEKNOFEST-in AZƏRBAYCANLI fatehləri - Tələbələrimizin uğur hekayəsi

Biləsuvarda işdən çıxarılan müavin direktoru məhkəməyə verdi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Köçkün gənc ABŞ universitetinin siması seçildi – Ayan Hüseynlinin uğur hekayəsi

Süni intellektlə sağlamlığınızı izləyə biləcəyiniz 7 pulsuz tətbiq

Tıxaclarda yanacağa qənaət: Ekspertlər nəyi tövsiyə edir?

Yeni Papa taxta çıxdı: Üzüyünün qiyməti göz qamaşdırır

Çin rəsmisi robotların gələcəyi ilə bağlı açıqlama verib

Futbol tarixinin ən yaxşı futbolçuları - TOP-10

İnsan alveri ilə məşğul olanların yeni fırıldağı

Dadlı təhlükə: Dondurmadan zəhərlənmə halları - Nələrə diqqət etməliyik?

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Avropanın ən stresli hava limanları - 34,7 min baqaj yoxa çıxıb

Oğurladığı pulla qohumunun təhsil haqqını da ödədi

Marsda həyat başlayır?-İlon Maskdan sensasion PLAN

Bakıda 50 min şagird monitorinqdə iştirak etdi

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Vaqif Şadlinski yüksək vəzifəyə təyin olundu - FOTO

Hotellərimiz niyə boş qalır?

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Müəllim vakansiyası adı altında FIRILDAQÇILIQ

Daha şanslı olmağın 10 praktik yolu

Qızıl külçə, zinət əşyası və sikkə - İnvestisiya seçimləri arasında hansı daha sərfəlidir?

E-ticarətdə ən çox geri qaytarılan məhsullar

Yunanıstan hökuməti "Adidas"ın dron şousuna görə məhkəməyə müraciət edib - VİDEO

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin