
11.03.2022 / 18:31
Rusiyada “Instagram”a giriş məhdudlaşdırıldı (YENİLƏNİB)
20543
"Roskomnadzor" ruslara, o cümlədən hərbi qulluqçulara qarşı zorakılıq hərəkətləri etmək çağırışlarının yayılması ilə əlaqədar "Instagram" sosial şəbəkəsinə girişi məhdudlaşdırmaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
“Rusiya Baş Prokurorluğunun tələbi əsasında “Instagram” sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq”, - Roskomnadzor bildirib.
16.15
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Interfaks” yazıb.
Bildirilib ki, qurum həmçinin məhkəmələr vasitəsilə “Meta”nı ekstremist təşkilat kimi tanımaq istəyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay