Hər maşının keçə bilməyəcəyi yollar - Tovuzun ucqar dağ kəndləri (VİDEO)
Tovuzun ucqar dağ kəndlərinin bir neçəsinə gedən yol həm qəzalı vəziyyətdədir, həm də çaydan keçən yolun körpüsü yoxdur. Yağış və ya qar yağanda kəndlərin rayon mərkəzi ilə əlaqəsi kəsilir.
Üç minə yaxın sakinin istifadə etdiyi yol bərbad vəziyyətdədir. Üstəlik, həmin yol çaydan keçir. Söhbət Tovuzun Həsənli, Məşədivəlilər və Sarıdamlı kəndlərinə aparan yoldan gedir.
Burada əvvəldən körpü olmayıb. Ona görə də sakinlər məcbur qalıb Böyük çaydan keçməli olurlar.
Bu səbəblərdən əraziyə çağırılan operativ xidmət maşınlarının və taksilərin gəlişində də problemlər yaranır. Sakinləri iddia edirlər ki, körpünün inşası və yol yatağının təmir edilməsi üçün aidiyyəti üzrə dəfələrlə müraciət ediblər.
Tovuz rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Mübariz Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, sözügedən kəndlərə gedən yolda çay üzərində körpünün inşası və yolun əsaslı təmiri üçün rayon İcra Haimiyyətinin yetərli büdcəsi yoxdur. Ancaq problemlə bağlı kənd icra nümayəndəsinin yazılı müraciəti əsasında İcra Hakimiyyəti aidiyyəti mərkəzi icra orqanlarına müraciət ünvanlaya bilər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay