BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
20412

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Dünyanın digər ölkələrində olduğu kimi 8 Mart Azərbaycanda da sevilən bayramlar sırasındadır. Təbii ki, daha çox qadınlar tərəfindən...

Bu gün gül mağazalarından tutmuş, geyim butiklərinə qədər insanlar arasında xoş bir qaynaşma olur. Hər bir qadın etiraf etməsə də, 8 Martda bəylərdən təbrik və hədiyyələr gözləyir.

Bəs, tanınmış xanımlar bu özəl gündə daha çox hansı hədiyyəni arzulayırlar?

Modern.az mövzu ilə bağlı xanımlarımız arasında kiçik bir sorğu keçirib.

Millət vəkili Jalə Əhmədova seçicilərindən hədiyyə gözlədiyini deyir:

"8 Martı şəhid anaları və ailələri ilə birgə keçirəcəm, onlarla birlikdə tədbirimiz var. Qadınlıq adına ən çox layiq olan şəxslər məhz şəhid ailələrindən olan xanımlardır. Günün ikinci yarısını isə hər iki anamla - öz doğma anam və qayınanam birgə qeyd edəcəm.

Qiymətinə önəm verilməyən, mənəvi dəyəri olan hədiyyələri sevirəm. Məhz mənim üçün özəl olaraq düşünülmüş hədiyyələri isə daha çox sevirəm, yəni mənim zövqümə, xasiyyətimə uyğun olaraq seçilmiş hədiyyələri...

Bu il mənə etibar edən, hörmət göstərən, mənə güvənən seçicilərimdən hədiyyə gözləyirəm. Sonra həyat yoldaşım və iki oğlumdan hədiyyə alacağımı düşünürəm".

Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, ən çox sevdiyi hədiyyə çiçəkdir:


"Desəm ki, təmtəraqlı şəkildə qeyd edirəm, yalan olar. 8 Martı sadə bir şəkildə evdə qeyd edirəm. Ən sevdiyim hədiyyə isə çiçəklərdir. Bacımın övladları və digər yaxınlarım gül alaraq məni təbrik edirlər".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bayramda hədiyyə gözləmədiyini bildirir:

"Ətrafımakılar elə insanlardır ki, nə onların hədiyyə almasını rəva bilərəm, nə də alsalar qəbul edərəm. Mənim üçün hədiyyə "Sağ oldur", xidmət göstərdiyim adamların həyatının yaxşı olması ən böyük hədiyyədir. Gözləntim yoxdur ki, kimsə mənə hədiyyə alsın. 8 Marta hədiyyə bayramı kimi baxmıram, qadın hüquqlarında böyük dönüş olması, onların hər birinin təhlükəsiz şəraitdə yaşaması əsl qadınlar günüdür".

Tanınmış dieotoloq Şəfa Yadigarovanın fikrincə, xanımlar 8 Martı sevdiyi insanla qeyd etməlidir:

"Düşünürəm ki, qadın 8 Mart günü çalışmamalıdır. Əgər diqqət varsa, bu, ən birinci hədiyyədir. Bir insan sənə hər hansı hədiyyəni seçirsə, ona vaxt, sevgi, enerji sərf edir. Bir qadın olaraq mən də çiçək sevirəm, ancaq dibçək gülləri. Biz qadınların zövqləri fərqlidir, eləsi var ki, qızıl əşyaları, bəziləri də ətiri sevir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin