
Manatı təhlükə gözləyir? (VİDEO)
Rusiya Ukrayna müharibəsi dünya valyuta bazarında da bəzi dəyişikliklərə səbəb olub. Bu ölkələrin iqtisadiyyatı ilə sıx əlaqədə olan dövlətlərin valyutaları kəskin dəyər itirir.
Son məzənnəyə görə, 100 türk lirəsinin 12 manat 29 qəpik, 100 avronun isə 190 manat 39 qəpik təşkil etdiyini görə bilərik. Rusiyaya tətbiq edilən sanksiyalar da rus rublunun sürətlə dəyər itirməsinə gətirib çıxarır.
Dolların digər valyutalara qarşı bahalaşması, eyni zamanda manatın həmin valyutalar qarşısında bahalaşması deməkdir. Baş verən hadisələr fonunda manatı hər hansı təhlükənin gözləyib-gözləməməsi sual doğurur.
Ekspertlər bildirir ki, müharibə bitərsə, ucuzlaşan valyutalar yenidən dəyər qazana bilər.
Müharibə daha da şiddətlənərsə, təzyiq altında olan valyutalar daha da dəyərdən düşər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay