Aktau-Bakı aviareysi üzrə uçuşlar həyata keçiriləcək
Aprelin 1-dən Qazaxıstanın "FlyArystan" aşağıbüdcəli aviaşirkəti Aktaudan Bakıya birbaşa uçuşlar həyata keçirəcək.
Valyuta.az aviaşirkətin yaydığı məlumata istinadən xəbər verir ki, biletlərin satışına artıq başlanılıb.
"Bakcell" virtual SİM-kartların tətbiqinə hazırlaşır
Dövlət Dəniz və Liman Agentliyi diplomların verilməsi prosesini sadələşdirib
Nazirlik sürücülərə görə şöbə müdirinin işdən çıxarılması xəbərini təkzib edib
Aktaudan Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa uçuşlar cümə və bazar günləri yerinə yetiriləcək.
Bir tərəfə uçuşun qiyməti 19 min tenqedən (66 manat) başlayır. Qiymətə 5 kq əl yükü daxildir.
"FlyArystan"ın satış və marketinq direktoru Mədinə Bujinovanın sözlərinə görə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstana mövcud reyslərdən sonra aviaşirkət tezliklə Azərbaycanın paytaxtı Bakıya da uçuşlar həyata keçirəcək.
"Aktau sakinləri ilə yanaşı, Bakı şəhəri həmçinin, Atırau sakinləri üçün də əlçatan olacaq. Onlar üçün sərfəli qiymətlərlə birləşdirici reyslər təklif etməyə hazırıq", - deyə M. Bujinova əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay