DHL Rusiyaya daşımaları dayandırır
Almaniyanın transmilli poçt və logistika şirkəti DHL Rusiya Federasiyasına xaricdən daşımaları dayandırır.
Bu barədə şirkətin açıqlamasında deyilir.
"Biz Ukraynaya və Ukraynadan daşınma əməliyyatlarımızı müvəqqəti olaraq dayandırdıq. Buna uyğun olaraq, hazırda Ukraynaya təyinatlı və ya Ukraynadan gələn DHL yüklərini qəbul etmirik. Həmçinin, Rusiyaya idxalı növbəti xəbərdarlıq edilənə qədər dayandırmışıq, ona görə də hazırda Rusiya üçün nəzərdə tutulan hər hansı təchizatı qəbul etmirik", - məlumatda deyilir.
Xatırladaq ki, İsveçrənin "Kuehne & Nagel" logistika şirkəti də Rusiyaya idxal daşımalarının dayandırıldığını elan edib. Fevralın sonunda UPS və "FedEx" poçt xidmətləri Rusiyaya məktub və bağlamaların çatdırılmasının dayandırıldığını bildiriblər.//APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay