“Azərbaycan Dəmir Yolları” məşhur şirkəti məhkəməyə verdi
“Azərbaycan Dəmir Yolları” QSC “Forte” firmasını məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə müqavilələrdir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Fərrux Qasımovun sədrliyi ilə baxılacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Forte” firması 11 oktyabr 1993-cü ildə təsis edilib. Nizamnamə kapitalı 60 AZN olan şirkətin qanuni təmsilçisi Yeqanova Aidə Rzaqulu qızıdır.
“Forte” firması geyim satışı ilə məşğul olur. Firmanın rəsmi veb-səhifəsində yazılıb ki, şirkət fəaliyyətə 30 avqust 2013-cü il tarixdə Sumqayıt şəhər Sülh küçəsi, 32-ci məhəllədə yerləşən “Forte Fashion” mağazası ilə başlayıb. 1993-cü ildə təsis edilən firmanın 2013-cü ilə qədər hansı fəaliyyətlə məşğul olması məlumat yoxdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay