BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7513
  • RUB
    1.6667
  • TRY
    0.0479
  • GBP
    2.0743
20137

Hazırda Ukrayna ərazisində baş verən hərbi əməliyyatların beynəlxalq yük daşımalarına, o cümlədən Azərbaycana daşımalara nə dərəcədə təsir edəcəyi aktual suallar arasındadır.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov "Report"un hazırda baş verənlərin Azərbaycanla Ukrayna arasında yük daşımlarına təsiri ilə bağlı sualını cavablandırarkən deyib ki, bizim dəhlizlə heç bir daşıma dayandırılmayıb.

“Hər şey qaydasındadır. Necə gedirdirsə, elə də ştat rejimdə işləyir”, - R. Bayramov bildirib.

O əlavə edib ki, söhbət yalnız yerüstü və dəniz daşımalarından gedir. Çünki hazırda Ukrayna tərəfindən heç bir aviadaşımalar aparılmır.

“İndiki halda nə isə demək çətindir. Gürcüstan, Azərbaycan, Qara dəniz hövzəsində daşımalar həyata keçirilir. Ukrayna haqqında isə hələlik söz demək tez olar. Çünki hazırda prosesin qızğın fazası gedir. Biz Azərbaycanın Ukraynadakı səfirliyi ilə də əlaqə saxlamağa çətinlik çəkirik”, - deyə R.Bayramov əlavə edib.

Xatırladaq ki, Ukrayna parlamenti 2017-ci ildə Qara və Xəzər dənizləri bölgəsində dəmir yolu-bərə nəqliyyatından istifadə etməklə Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı haqqında sazişi ratifikasiya edib. Ukrayna “Yeni İpək yolu” (Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan xətti) dəhlizi çərçivəsində dəmiryol-bərə yükdaşımaların sayını da artırır. 2019-cu ildə isə Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulub.

Qeyd edək ki, hazırda Azərbaycan da daxil olmaqla 6 ölkə (Ukrayna-Özbəkistan-Türkiyə-Gürcüstan-Azərbaycan-Qazaxıstan marşrutu üzrə) “Vahid Tranzit Sazişi”nə qoşulmaq niyyətindədir. Bu saziş avtomobil yükdaşımalarının ölkələr arasında rəqəmsal sənəd üzərindən həyata keçirilməsini nəzərdə tutur. İndi isə Türkiyədən Orta Asiyaya yükdaşıma həyata keçirilirsə, həmin yükdaşıyıcı hər bir ölkədən tranzit icazəsini almalıdır. Bu saziş imzalandığı təqdirdə artıq proses daha səmərəli olacaq. Həm maliyyə, həm də vaxt baxımından qənaət ediləcək.

Növbəti mərhələdə TRACECA çərçivəsində başqa ölkələr də həmin sazişə qoşula bilər.

Xatırladaq ki, TRACECA çərçivəsində 13 ölkə fəaliyyət göstərir. Bunlar Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sem Altman uğur üçün zəruri olan bacarıqları açıqladı

Dövlət investisiyaları ilə bağlı 3 milyonluq layihə

"Apple" Çin smartfon bazarında mövqelərini itirir - Satışlar kəskin azalır

Estetik əməliyyatlardan sonra çoxalan ölümlər - Xəstələrə nəzarət necə olmalıdır?

39 tenderin qalibi etibarsız təchizatçı elan edildi

ABŞ üçün "qızıl dövr" proqnozu: Trampın dəstəyi ilə iqtisadi yüksəliş gözlənilir

"Qarabağ Sərnişin Daşıma" MMC cərimələnir

Məktəbəqədər təhsil müəssisələrində yemək nəzarəti üçün 76 milyonluq vəsait ayrıldı

"Morgan Stanley" IV rüb hesabatını açıqladı - 2 dəfədən çox artan mənfəət

Elektromobil təkmilləşdirən şirkətə 100 milyon dollar investisiya yatırılıb

"Fed" 2025-ci ilin ilk yarısında faiz endirimlərinə işarə edir

Beynəlxalq Əmək Təşkilatının növbəti hesabatı yayımlanıb

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Milli Depozit Mərkəzi fond bazarı iştirakçıları ilə növbəti görüşünü keçirib

Şirkət rəhbəri əməkdaşın maaşını gecikdirdiyinə görə 3000 manat cərimələnir

"Azgranata" inzibati məsuliyyətə cəlb edilib

Məcburi Köşkünlərin Məlumatları Sisteminin yaradılması neçəyə başa gələcək?

“Binance” bu altkoini ləğv edəcək - Qiymətlər ucuzlaşdı

"Bes Enerji RV" 1500 manat cərimələnə bilər

"Bank of America"nın IV rüb hesabatı - "Reuters

"BP"nin qənaət strategiyası - Minlərlə işçi ixtisar ediləcək

Zelenski: Bu dörd ölkə bizi "NATO"da görmək istəmir

Elektrikə artan tələbin nüvə enerjisinə təsiri - "IEA"nın hesabatı

Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?

Mariana Vasileva vəzifəsindən azad olundu

Mariana Vasileva vəzifəsindən azad olundu

Sərhədlərin delimitasiyası üzrə komissiyaların 11-ci görüşü keçirilib

Naxçıvan şəhər küçələrinin işıqlandırılması 1 milyon manata başa gələcək

Nazir: Azərbaycan şirkətləri Gürcüstanın bir nömrəli investorudur

Bu tələb ləğv olundu - Elektromobil bazarı necə inkişaf edəcək?

“ACWA Power”in rəhbərlik etdiyi konsorsium Azərbaycanda ilk içməli su istehsalı zavodu tikəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin