BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9406
  • RUB
    2.1689
  • TRY
    0.0434
  • GBP
    2.2922
20057

Azərbaycan-Rusiya sərhədində, Samur-Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranan avtonəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məsələsi müzakirə olunub.

Dövlət Gömrük Komitəsindən Valyuta.az-a verilən məlumata görə, müzakirələr Azərbaycan nümayəndə heyətinin Dağıstana rəsmi səfər çərçivəsində baş tutub.

Azərbaycan tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində aparılan təmir-tikinti işlərin gedişi ilə tanış olub. Bununla yanaşı, Azərbaycan-Rusiya sərhədində yerləşən “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsindən dolu yük maşınlarının Azərbaycandan Rusiyaya buraxılması imkanları dəyərləndirilib.

Görüşdə Rusiya tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranan avtonəqliyyat vasitələrinin sıxlığının, məntəqədə aparılan təmir-tikinti işlərindən qaynaqlandığını və müvəqqəti xarakter daşıdığını bildirib.

Bununla yanaşı, təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması, mövcud şərait nəzərə alınmaqla məntəqənin buraxılış qabiliyyətinin mümkün qədər maksimum həddə saxlanılması və əlavə zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin aparılacağı qeyd edilib.

Görüşün yekunları üzrə “Şirvanlı”-“Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi və buradan dolu yük maşınlarının keçidinin təmin edilməsi məsələsi geniş müzakirə olunub.

“Yaraq-Qazmalar” buraxılış məntəqəsindən keçən yük axınının azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də istifadəsi, “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin, burada aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış qabiliyyətinin artırılması razılaşdırılıb.

Azərbaycan tərəfində “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılıq əldə edilib.

Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük veriləcəyi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mark Zukerberqin yeni hədəfi bəlli oldu: Süni super zəka

İşdən çıxmalı olduğunuzu göstərən 5 əsas əlamət

Dövlət Məşğulluq Agentliyi 245 min manatlıq lisenziya alır

Enerjiyə tam müstəqillik - Almanlar yeni cihaz yaratdı

Bu şirkətin rəhbərinə “stop” qoyuldu

Bakıda yeni dayanma nöqtələri: Nəqliyyatın axıcılığı artacaqmı?

Bütün peşə sinifləri yox olacaq: Sem Altman 2030-cu illərin dünyasını təsvir etdi

Bu hospitalın 16 min manat vergi borcu üzə çıxıb

"SpaceX "və "Starlink" bir arada: İlon Maska qarşı iddialı rəqib

"Disney" və "Universal"dan süni intellekt şirkətinə qarşı məhkəmə iddiası

Vüqar Qurbanov xəstəxanada ad günü keçirən şöbə müdirini işdən çıxardı

AZCON Holdinqdə yeni təyinat

AZCON Holdinqdə yeni təyinat

Sahil Tahirli vəzifəsindən azad edildi

Bakıda daha 9 yeni skuter parklanma məntəqəsi yaradılıb

Elvin Hüseynov ölkəni tərk edibmiş - Axtarışa verildi+Rəsmi

Kimin müavinəti nə qədər artırıldı?

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Şuşada 49 milyon manatlıq yaşayış binaları tikiləcək

Bütün zamanların ən yüksək aylıq investisiya daxilolmaları - Kriptovalyutada...

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

İyulun 1-dən dəfn pulu 600 manat olacaq

Beşdən çox uşağı olan qadınların müavinəti 35 manat artdı

Vətən müharibəsi Qəhrəmanlarına 2 200 manat veriləcək

Azərbaycanda sosial müavinətlər artırıldı - Prezident təsdiqlədi

“Victoria’s Secret”in bərpa planı zərbə aldı - Mənfəət proqnozu gözləntiləri qarşılamadı

“Labubu” oyuncağı qurucusunu Çinin 10 ən varlı şəxsindən birinə çevirdi

Azərbaycanlı təsisçinin qurduğu Payrails 32 milyon dollar investisiya alıb

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

8,5 milyon manat vergi borcu olan şirkət kimindir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin