BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
19902

"Sarı xətt Bibiheybətdən Binəqədiyə qədər 11 stansiyanı və bir elektrik deposunu əhatə edəcək. O xəttin inşası yaxın gələcək üçün nəzərdə tutulmayıb".

Valyuta.Az xəbər verir ki, bu açıqlamanı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metbuat.az-a verdiyi açıqlamada bildirib. "Bakı Metropoliteni" QSC-nin sözçüsü qeyd etdi ki, ümumən, metro stansiyalarının konseptual inkişaf sxemləri dərhal sxemdə göstərilən obyektlərin inşasını nəzərdə tutmur.

"Bu şəhərin inkişaf, əhalinin axın istiqamətləri, habelə mövcud vəziyyətdə prioritet vəzifələrə uyğun planlaşdırılır. Hazırda ən mühüm vəzifə xəttlərin ayrılması kimi mürəkkəb layihənin həyata keçirilməsidir".

Bəxtiyar Məmmədov onu da bildirdi ki, Bakının yeniləşən və hazırda üzərində iş aparılan Baş Planında nəqliyyat sektorunun inkişafı ilə bağlı məsələlərdə də əksini tapacaq.

"Badamqar qəsəbəsinə gəlincə, bu məsələ Qırmızı xəttin inkişaf perspektivlərinin tərkib hissəsidir. "İçərişəhər"dən sonra 4 stansiyanın inşası nəzərdə tutulur. Xəttin bu istiqamətdən sonuncu stansiyası Badamdar qəsəbəsi ərazisində olacaq. Stansiyaların inşası ilə bağlı, yalnız onu deyə bilərəm ki, hazırda prioritet inşaat məsələləri sırasında qeyd etdiyim Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi "İçərişəhər"dən sonra ən azı bir və daha münasib variantda iki stansiyanın inşasını nəzərdə tutur. Çünki xətlər ayrılarsa, metro prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalar qatarların geri dönərək, əks istiqamətdə hərəkət etməsini də nəzərdə tutmalıdır. Bu baxımdan "İçərişəhər" stansiyasında belə imkanlar nəzərdə tutulmayıb. Xətlər ayrılarsa, optimal hərəkət qrafiki, sərnişindaşımanın keyfiyyətini, sərnişin rahatlığının, operativliyin təmin etmək və hərəkətin təşkili prinsiplərindən irəli gələn digər mühüm məsələlər də nəzərə alınmaqla, dönmə kamerası olan stansiya inşa olunmalıdır".

Müsahib onu da vurğulayıb ki, "İçərişəhər"dən sonra iki stansiyanın inşası bu səbəbdən xətlərin ayrılması üçün əhəmiyyətli sayılır. Digər iki stansiyanın inşası isə xətlərin ayrılması layihəsindən sonrakı dövrdə həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ADA Universitetininməzunları harada iş tapa bilir?

Tramp illik bu qədər gəlir alır

17 yaşlı futbolçu üçün 63 milyon avro ödənildi

Bu məhsullar bahalaşacaq –SİYAHI

Bu 13 avtomobili 2025-ci ildə almağa dəyər

Aviabiletləri daha ucuz necə əldə etmək olar - 7 effektiv yolu

Vahid pasport sistemi yaradıldı

Maliyyə Nazirliyində yeni təyinat olub

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin