Nəqliyyat
17.02.2022 / 17:49
Anar Rzayevin “ədalət tərəzisi": Öz şirkətinə 12 ölkəyə yükdaşıma icazəsi verib (FOTOFAKT)
19886
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirdiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, hadisə ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevə töhmət verilib, xidmətin şöbə müdiri Malik Əliyev isə işdən çıxarılıb. Lakin DANX məlumatı təkzib edib.
Daha sonra Anar Rzayev televiziyaya verdiyi müsahibədə "kiçik bir daşıyıcının payının böyük daşıyıcının payından çox olması ədalətli olmaz” deməklə xəbərin əsassız olduğunu bildirib.
Qaynarinfo Anar Rzayevin "ədalət tərəzisi"ni yoxlamaq üçün araşdırma aparıb.
Öncədən qeyd edək ki, Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər Niderlandın ofşor şirkəti olan "Van der Вal Intl. Transport Bakı" şirkətinin baş direktoru vəzifəsində çalışıb. Hazırda onun vəzifəsini qardaşı İlqar Rzayev icra edir.
Araşdırmalardan bəlli olur ki, Anar Rzayevin "ədalət prinsipi” daha çox qardaşı üçün işləyir. Məsələn, o, qardaşının rəhbəri olduğu "Van der Вal Intl. Transport Bakı" şirkətinə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verib.
Qeyd edək ki, Anar Rzayevin sözlərinə görə, 10 yanvar 2022-ci il tarixindən etibarən "R Group Azerbaijan” MMC ABADA üzvlüyündən çıxarılıb. Yəni milli daşıyıcılar onu öz sıralarından görmək istəmədiklərini açıq nümayiş etdirilib. Milli daşıyıcılar şirkətləri arasında qardaşının da şirkətinin olduğunu nəzərə alsaq, fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay