İnvestisiya
17.02.2022 / 10:49
Azərbaycan yanvarda 300 mln. manatadək xarici investisiya cəlb edib
19849
Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatına xaricdən 296,1 mln. manat məbləğində investisiya yatırılıb.
Valyuta.az-ın Azərbaycan Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu məbləğ ötən ilin yanvar ayı ilə müqayisədə 14,5% azalıb. Xaricdən gələn investisiyalar əsas kapitala yönələn sərmayələrin 45%-ini təşkil edib.
Qeyd edək ki, xaricdən əsas kapitala yönəldilmiş vəsaitin 292,3 mln. manatı (98,7%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay