BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
19823

Azərbaycan Müdafiə nazirinin sabiq birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəza törədib.

Vayuta.az xəbər verir ki, bu barədə bakupost.az saytı məlumat yayıb. Hadisə Mikayıl Müşfiq küçəsi, 10 ünvanında baş verib. Belə ki, "Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən Nəcməddin Sadıkov öndəki "Toyota Prius” markalı maşını vurub. Həmin avtomobil də qarşısındakı digər maşına çırpılıb.

General-polkovnikin maşını zirehli (bronirovannıy) olduğundan zədələnməyib. Lakin "Toyota Prius” yararsız hala düşüb. Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gəlib.

Nəcməddin Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin bildirdiyinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.

Artıq yol polisi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Valyuta.az-a bildirib ki, "Toyota Land Cruiser” markalı, 90 AS 020 dövlət nömrə nişanlı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) maddəsinə əsasən protokol tərtib olunub.

Onun sözlərinə görə, yanvarın 7-də baş verən yol qəzası sənədləşdirilib, qarşı tərəfə dəymiş ziyan ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rublun qiyməti artarkən, avro azaldı

Neftimizin qiymətində artım müşahidə olunur

Korporativ tərcümə ilə bağlı bizneslər nələri bilməlidir?

"Bitcoin" 85 min dollara yüksəldi - Günün kriptovalyuta göstəriciləri

"Yelo Bank"ın mənfəətində 2.9 mln.luq azalma - Hesabat

"Yelo Bank"ın mənfəətində 2.9 mln.luq azalma - Hesabat

Marketinqdə QR kodlardan istifadə - Biznesi inkişaf etdirməyin asan yolu - SƏHƏR OXUSU

Dolların itkiləri artır: Ekspertlərin nə deyir?

"Aldrin layihəsi": "Meta" hamımızın məlumatlarını Çinləmi paylaşır?

Dövlət xidmətindən keçmiş nazirə məxsus şirkətə 10 min manatlıq sifariş

4 milyonluq şirkətin 13 min manat vergi borcu yaranıb

Gömrük Komitəsi “Foreign Fruit” MMC-ni cəzalandırıb

İcra hakimiyyətindən 15 min manatlıq tədbir

Şirin su hövzələrində oksigen tükənir: Ekosistemlər dağıla bilər

Bu Elektrik Stansiyasının 371 273 manat vergi borcu var

Nazirlik “Türkan-M”in direktorunu cərimələtdirdi

"Apple" satışlarda "Samsung"u geridə qoyaraq liderliyə yüksəldi

Süni intellekt sosial media və interneti necə pozur?

"ExxonMobil"in qazdığı quyu boş çıxdı - Yunan Kiprinin qaz fiaskosu

Ağdamda tibb məntəqəsinin tikintisinə 700 min ayrıldı

"Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb

Bu şəxslərə pulsuz ev veriləcək

ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə

"Meta" parçalanacaq? - Şirkət məhkəmə qarşısına çıxarılır

Kapital Bank 2025-ci ilin 1-ci rübü üzrə maliyyə nəticələrini elan edib®

İntiqam Babayev vəzifəsindən azad edildi

Vətən qızı Şuşada şirkət yaratdı

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

İqtisadiyyat Nazirliyinin portalı ləğv edilir

Dünyanın ən bahalı şəhərləri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin