İnfrastruktur
16.02.2022 / 10:38
MİDA Füzulidə tikəcəyi ilk yaşayış məhəlləsi ilə bağlı məlumat yayıb
19802
Prezident İlham Əliyevin ötən il oktyabrın 18-də təməlini qoyduğu yaşayış məhəlləsinin tikintisi Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tapşırılıb.
Bu barədə Valyuta.Az-a Agentlikdən bildirilib.
Məlumata görə, artıq yaşayış məhəlləsinin ərazisinin şaquli planlaşdırması üçün açıq tender elan edilib. Ənənəviliklə müasirliyin vəhdət təşkil edəcəyi məhəllədə yerləşən çoxmənzilli binaların layihə - smeta sənədlərinin hazırlanması sürətlə davam etdirilir və tezliklə başa çatdırılacaq. Bu sənədlər dövlət ekspertizasından keçdikdən sonra tikinti işlərinin yerinə yetirilməsi üçün açıq tenderlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada elan ediləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay