
14.02.2022 / 20:08
Bakıda torpaq sahələri ucuzlaşıb
19747
Bakıda torpaq sahələri ucuzlaşıb.
Oxu.Az-ın Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə etdiyi rəqəmlərə əsasən verdiyi məlumata görə, 2022-ci ilin yanvar ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiymət 18 421 manat olub.
Mövcud qiymət əvvəlki ay ilə (2021-ci il, dekabr) müqayisədə 0,1 faiz, 2021-ci ilin yanvar ayı ilə müqayisədə isə 5 faiz azdır. Bu da torpaq bazarında qiymətlərdə mütəmadi azalma müşahidə olunduğunu göstərir.
Ötən ilin müvafiq dövründə torpaq sahələrinin bir sotu üçün orta qiyməti 19 390 manat təşkil edib. 2021-ci ilin dekabr ayında isə bu qiymət 18 446 manat olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay