BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8543
  • RUB
    2.0148
  • TRY
    0.0448
  • GBP
    2.22
19745

“Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin noyabr ayında dövriyyəyə buraxdığı 500 manatlıq əsginasların devalvasiyaya səbəb olacağı ilə bağlı fikirlərin ciddi əsası yoxdur. Onlar sadəcə kiçik nominallı əsginaslara qarşı psixoloji təzyiq yaradır”.

Bunu “Report”a açıqlamasında yeni əsginaslarla bağlı cəmiyyətdə gedən müzakirələri şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O, həmçinin bildirib ki, böyük nominallı əsginaslar çirkli pulların yuyulmasına şərait yaradır: "Bundan əvvəl dövriyyəyə 200 manatlıq əsginaslar buraxılıb. Həmin vaxt Azərbaycanda minimum əmək haqqı 250 manat olubsa, ən yüksək nominallı əsginasın bu məbləğdən az olması haradasa başa düşüləndir. İndi isə ölkədə minimum maaş 300 manatdır və 500 manatlıq əsginasın iqtisadi baxımdan mənfi təsirləri olmasa da, psixoloji baxımdan hansısa təsirləri ola bilər. Yəni minimum əmək haqqı alan şəxs düşünür ki, onun aldığı məvacib bir əsginaslıq belə deyil.

Dünya təcrübəsi göstərir ki, böyük nominallı pul əsginaslarından istifadə özünü doğrultmur. 10-12 il bundan öncə Böyük Britaniyada 500 funt sterlinqlik əsginaslar dövriyyədən çıxarıldı. Çünki hüquq mühafizə orqanlarının apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, bu pullar 80-90% hallarda cinayətkar məqsədlər, yəni çirkli pulların yuyulması məqsədi üçün istifadə olunur. Sonrakı illərdə isə Avropa Mərkəzi Bankı 500 avroluq əsginasları dövriyyədən çıxardı".

Ekspert hesab edir ki, 500 manatlıq əsginasların tədavül həcmi 1 milyon deyil, 1 000 ədəd olmalı idi.

Məsələ ilə bağlı “Report”un sorğusuna cavab olaraq AMB-dən bildirilib ki, bu pullar ölkə ərazisində qanuni ödəniş vasitəsidir: "Bu əsginaslar çağdaş tariximizin ən şanlı səhifələrindən biri olan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun tarixi zəfəri münasibəti ilə tədavülə buraxılıb.

Ümumiyyətlə beynəlxalq təcrübədə görkəmli şəxsiyyətlərə, hər bir ölkənin mədəniyyətinə, incəsənətinə, eləcə də həmin ölkələrdə baş verən ictimai-siyasi və tarixi proseslərə həsr olunan müxtəlif mövzulara aid yubiley və xatirə pul nişanları tədavülə buraxılır.

Bu təcrübədən irəli gələrək xüsusi konsepsiya qəbul edilib və bu çərçivədə milli dəyərlərə, ümummilli qurur yeri olan tarixi nailiyyətlərə və görkəmli şəxslərin tərənnümünə həsr olunmuş yubiley və xatirə pul nişanları dövriyyəyə buraxılır.

500 manatlıq yeni pullar xatirə pul nişanı olmaqla yanaşı, ölkə ərazisində qanuni ödəniş vasitəsidir və nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

"DOST"lar üçün 1.2 milyon ayrıldı - Qalib yenə eynidi

Kriptovalyuta texnologiyalarının Azərbaycanda inkişafı iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

"Şah"ın sahibi elektron qolbağda gəzəcək - Ofisiantı həbs edildi

Nazirə köməkçi təyin edildi

Qızıl bir gündə 86 dollar ucuzlaşıb

Neftimizin qiyməti 70 dollardan aşağı enib

Baş həkim direktor təyin edildi

Lənkəran Dövlət Dram Teatrında yeni təyinat oldu

Ölkəyə 41 qızıl külçə keçirən məmur hakim qarşısında

"Tikinti bumu"nun hədəfi - Bütün ölkə Bakıya yığışacaq?

Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin siyahısı

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

Azərbaycan Türkmənistandan qaz alışını 70 %-dən çox azaldıb

İş müsahibəsinə necə hazırlaşmaq olar? - SƏHƏR OXUSU

Saxta sənədlərlə EBRD-dən kredit aldığı deyilən holdinqin vergi borcu üzə çıxıb

Hakerlər süni intellekti süni intellektə qarşı istifadə etməyə başlayıb

Ombudsman “Hökumət Evi”ndə ofis tutacaq - 153 min manatlıq icarə

Trampın tarifləri qlobal resessiyaya səbəb ola bilər - Bədbin proqnoz

DGK-nın bu qurumu 132 minə kinoloji xidmət alır

Telefon batareyasını tam boşaltmaq: Doğrudur, yoxsa yanlış?

Bələdiyyə torpaqları hərracda satışa çıxarılır

İki texnologiya nəhəngi birgə istehsala başlayır -Çip sənayesi güclənəcək

Bu universitet 2 milyona tədris korpusunu yeniləyəcək

ChatGPT ilə saxta şəxsiyyət vəsiqəsi yaradıldı - Sistemlər fərqləndirə bilmədi

İnnovasiya və Təchizat Mərkəzi 2 gündə tenderlərinə 125 mln. manatdan çox ayırdı

"Mozilla" "Gmail" və "Microsoft 365"ə rəqib olur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin