BAKU Azərbaycan
17.03°C
  • USD
    1.7
  • EUR
    1.9343
  • RUB
    2.1262
  • TRY
    0.0436
  • GBP
    2.3044
19733

“Vornado” MMC (VÖEN- 1702747831) fəaliyyətinə xitam verilərək “Baku Hospitality Group” MMC-yə (VÖEN- 1702206281) qoşulduğunu elan edib.

Valyuta.Az yeniavaz-a istinadla xəbər verir ki, “Baku Hospitality Group” MMC “Vornado” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.

Məlumat üçün bildirək ki, Nizamnamə kapitalı 25 milyon 360 min 756 manat olan “Vornado” MMC 19.11.2019-cu il tarixində  dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Əhmədli Orxan Subutay oğludur. 

“Baku Hospitality Group” MMC isə 27.07.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 000 manat olan MMC-nin qanuni təmsilçisi Əmikişiyev Elnur Vidadi oğludur.

Onu da bildirək ki, Bakıda mehmanxana və restoran işinin təşkili üzrə fəaliyyət göstərən “Baku Hospitality Group” MMC təsis olunduğu zaman şirkətə sabiq millət vəkili, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri və eyni zamanda da Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti olan Xanlar Fətiyevin qardaşı - Elruz Fətiyev rəhbərlik edib. 
Elruz Fətiyev eyni zamanda 19.01.2009-cu ildə dövlət qeydiyyatına alınan “Peachline” MMC-nin direktorudur. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı “Nəsimi rayonu, Nizami, ev 121, m. 16” olaraq qeyd olunub.

“Baku Hospitality Group” MMC-yə rəhbərlik edən Orxan Əhmədli eyni zamanda Elruz Fətiyevin direktoru olduğu “Peachline” MMC-də müştərilərlə iş üzrə menecer vəzifəsində çalışır.
Bundan başqa həm “Baku Hospitality Group” MMC, həm də “Peachline” MMC-nin yerləşdiyi ünvan kimi  “AF Business House” biznes mərkəzi (Nizami küç. 203) göstərilir.
Qeyd edək ki, yenidən təşkil olunduğunu elan edən “Baku Hospitality Group” MMC-nin hazırda dövlət büdcəsinə böyük həcmdə - 710 min 495 manat vergi borcu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Tarixin ən böyük təyyarəsi gəlir - "WindRunner"

"Apple" "iPhone"u niyə ABŞ-da istehsal etmir?

"AzToyuq"da vergi yoxlaması: Pozuntular aşkarlandı

Bandvagon effekti - Kütlə bazar qiymətlərini necə formalaşdırır?

Marsa 4 aya çatmaq mümkündürmü? - Bu raketlə bəli (VİDEO)

10 manatlıq şirkətin vergi borcu var

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

Ən etibarlı 10 idman avtomobili (SİYAHI)

2025-ci ilin ilk rübündə ən çox satılan ağıllı telefon bu olub

Nyu-York sakinləri maaşlarını "Bitcoin"lə ala biləcək

İnnovasiya və Təchizat Mərkəzi 700 min manatlıq şpris alır

General Mehdiyev vəzifəsindən azad edildi

Döymə, pizza və toy -"&pizza" brendinin marketinq hekayəsi

“Sərvət İnşaat”ın külli miqdarda vergi borcu üzə çıxdı

"Nvidia" gəlir rekorduna imza atdı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda daha bir məktəb direktoru işdən çıxarıldı

Bu universitet üçün kampus tikiləcək

Dünyada ən populyar smartfonlar açıqlandı

Bu qadınlar pensiyaya 5 il tez çıxır

40 illik tort dilimi 4,250 manata satıldı - Milyon dollarlıq ləzzətlər

Azərbaycanın ixracdan ən çox qazanc götürdüyü məhsullar - SİYAHI

Azərbaycanda 100 yaşından yuxarı 2 mindən çox pensiyaçı var

Azərbaycan Hava Yolları ilk 4 ayda nə qədər qazanıb? - Rəqəmlər

"İrAero" iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Artıq başqalarının ƏDV-sini vura bilməyəcəyik? - Rəsmi cavab

Alim rektora yeni müşavir təyin olundu

Azərbaycanda daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

“Özsüt Azerbaijan”ın 3,1 milyon manat vergi borcu var

Mərkəzi Bank iki investisiya şirkətinə icrası məcburi göstəriş verdi

Sahil Babayev sabiq rəisə yüksək vəzifə verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin