BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
19682

“Apple”, “Microsoft”, “Google”, “Amazon” və “Facebook” qlobal miqyasda planetin həyatına təsir göstərir. Bunlar sabun köpüyü kimi partlayacaqlar, yoxsa dövlətlərin rolunu öz üzərinə götürərək sülalələrə çevrriləcəklər?

ABŞ-ın beş texnoloji super gücü –  “Apple”, “Microsoft”, “Google”, “Amazon” və “Facebook” nəhəngdirlər, böyüyürlər və buna bəşəriyyət göz yuma bilməz.

“The New York Times” qəzeti xəbərdarlıq edir ki, bu şirkətlərin sonsuz resursları onlara zirvədə qalmağa kömək edəcək. Onların məhsullarına o qədər tələbat var ki, hətta krallıqlarının qaranlıq hissələri də inanılmaz dərəcədə populyardır.

“Sadəcə onu deyim ki, böyük texnologiya şirkətləri çox, çox, çox, çox böyükdürlər və çox, çox, çox, çox, ÇOX zəngindirlər”, - adıçəkilən qəzetdəki məqalənin müəllifi Şira Ovide yazır. 

Çox böyük pul

Xüsusilə, söhbət “Apple”dan şəxsi məlumatların məhdudlaşdırılması ilə bağlı problemlər yaşasa da, hələ uzun illər qazanc əldə etməyə davam edəcək “Facebook”dan gedir.

Eyni zamanda, “Apple”ın son bir ildəki mənfəəti - 101 milyard dollar “Walmart”, “General Motors”, “Exxon”, “Pfizer”, “Verizon”, “Disney”, “Coke” və “McDonald's”ın ümumi illik mənfəətini üstələyib.

Hətta qəfil məyus olan “Facebook” 2021-ci ildə təkcə ABŞ və Kanadada hər bir istifadəçidən orta hesabla 214 dollar gəlir qazanıb.

“Facebook” İnternet tarixində ən yaxşı pul qazanan maşınlardan biridir və əgər sıradan çıxsa belə, proses yavaş gedəcək.

Əvvəllər bildirilib ki, G7 ölkələri 2021-ci ilin iyun ayında beynəlxalq texnologiya nəhəngləri üçün qlobal gəlir vergisi ilə bağlı razılığa gəliblər.

Söhbət puldan yox, göstəricilərdən gedirsə, məsələn, insanlar hər gün 15 milyard “YouTube” şortu izləyirlər. “YouTube” şortları şirkətin kiçik “TikTok” videolarına cavabıdır.

Bezosun yaxtası körpünün altına sığmayıb

“Microsoft” populyar olmayan “Bing” axtarış sisteminə sahibdir və orada internetdə, o cümlədən “LinkedIn”də reklamlar satır.

Bununla belə, şirkətin illik 10 milyard dollardan çox reklam satışları “New York Times”ın 2021-ci ildəki reklam satışlarından təxminən 20 dəfə çoxdur.

“Amazon”un səhmlərinin qiyməti, bir çox texnologiya şirkətləri kimi, bu il təxminən 18 faiz ucuzlaşıb. Amma “Amazon” o qədər böyükdür ki, təkcə onun 267 milyard dollarlıq likvidliyi “Disney”in ümumi dəyərinə bərabərdir.

Ceff Bezosun yeni yaxtası o qədər böyükdür ki, qayığın üzməsi üçün Hollandiyadakı körpü söküləcək.

Son zamanlar o, əbədi həyat texnologiyasına milyardlarla sərmayə qoyub.

Texnologiya nəhəngləri ölə bilərmi?

Müəllif etiraf edir ki, insanlara və şirkətlərə “Apple”, “Google”, “Microsoft”, “Amazon” və “Facebook”un məhsulları lazımdır. Bununla belə, tarix göstərir ki, dominant şirkətlər uzun müddət belə qalmırlar.

Lakin bu bir ovuc texnoloji şirkət iqtisadiyyat, geosiyasət və insanların həyatına o qədər qarışıb ki, onlar həmişəkindən daha uzun müddət qalır.

Təbii ki, onların problemləri olur: biz əvvəllər “Google” və “Facebook” arasında Avstraliya ilə münaqişəni təhlil etmişik.

“Microsoft” və “Apple” 45 yaşdan yuxarıdır. “Google” və “Amazon” təxminən 25 il əvvəl ortaya çıxıb. Tarixlərinin çox hissəsi üçün onlar zəngin və uğurlu olublar.

Müəllif hesab edir ki, bütün bunlar rəqəmsal həyatımızın dinamizm və ya dünya hökmranlığı ilə parlayan daimi sülalələrlə müəyyənləşdirildiyi barədə mübahisələrə gətirib çıxarır.//lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin