BAKU Azərbaycan
18.84°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
19670

2020-ci il ərzində Azərbaycanın xaricə qaz satışı 13,5 mlrd kubmetr təşkil edib. 2021-ci ildə isə bu rəqəm artdı və 18,7 milyard kubmetr oldu. 2022-ci illə bağlı planlaşdırılan ixrac rəqəmləri 19 milyard olsa da, gözlənilir ki, göstərici daha çox olacaq. Çünki il ərzində tələb arta və ilin sonunda ixrac rəqəmlərimiz planlaşdırılandan çox ola bilər. 2022-ci ildə Rusiyanın Avropaya qaz ixracını azaldacağı ilə bağlı fikirlər səsləndirilir. Avropa Parlamentinin rəhbəri Josep Borrell deyib ki, Avropa İttifaqı Rusiyadan tədarükün azalacağı təqdirdə ABŞ, Qətər və Azərbaycan kimi ölkələrlə bunu kompensasiya edəcək. Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Bloomberg”ə müsahibəsində bildirmişdi ki, regionun əsas qaz təchizatçısı olan Rusiyanı əvəz edə bilməsə də, Azərbaycan Avropaya daha çox qaz nəql etməyə hazırdır.
 
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bu mövzuya toxunaraq bildirib ki, təbii qaz potensialımız ixracı artırmağa imkan verir və 2022-ci ildə ixrac rəqəmləri daha da artacaq: "Hazırda qaz bazarındakı vəziyyət sabit deyil, qiymətlər dəyişkəndir. Bu amillər nəzərə alınaraq, bu il Azərbaycan keçən illə müqayisədə ixracı daha da artıracaq. Azərbaycanın böyük təbii qaz potensialı buna imkan verir. Qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”.

Yəni planlaşdırılan rəqəmlərdən daha çox ixrac imkanları yaranır. Bəs biz ixracı nə qədər artıra bilərik?
 
Avropada qış mülayim olarsa…

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, Avropada enerjiyə ehtiyacın necə olması ixrac rəqəmlərimizə təsir göstərəcək: "Ötən il Azərbaycanın ümumi qaz ixracı 18,7 milyard kubmetr olub. Cari illə bağlı ixracımız sırf Avropa bazarındakı tələbə bağlı olacaq. Cari il üçün Türkiyə bazarında satışımızı 1 milyard kubmetr artıracağıq və 9,5 milyard kubmetrə çatdıracağıq. Avropa bazarından hələlik bizim üçün sifariş 9 milyard kubmetrdir. Bunlar ilin əvvəli üçün olan plandır. Reallıqda nə qədər ixrac olacağını ilin yekununda görə biləcəyik. Çünki ötən qışla müqayisə etdikdə cari ildə Avropada qış mövsümü mülayim keçir. Ona görə hələ ki sifarişlərin, həqiqətən də, planlaşdırılandan çox olub-olmayacağını bilmirik. Ötən il Avropa bazarından 5,5 milyard kubmetr qaz sifariş edilmişdi, ancaq ilin sonuna olan rəqəmlərə baxsaq, 8,1 milyard kub Avropa bazarında qaz satdıq. O rəqəmə yaxın satışımız olub-olmayacağını indidən deyə bilmərik”.
 
2 milyardlıq əlavə ixrac

Avropa ölkələrinin sifarişi daha çox olarsa, Azərbaycanın onun nə qədərini qarşılamaq imkanı olmasına gəlincə, İ.Şaban bildirib ki, bu da önəmli məqamdır: "Avropaya qaz ixracımızı Trans-Adriatik Boru Kəməri (TAP) ilə edirik. TAP-ın maksimum illik buraxıcılıq gücü 10,5 milyard kubmetrdir. Ondan artığını istəsələr də, ixrac edə bilmərik. Əgər 2021-ci ildə Avropaya 8,1 milyard kubmetr qaz satmışıqsa, demək, bunu hardasa 2 milyard kubmetr artıra bilərik. 10,5 milyard kubmetrdən çox artırmaq üçün isə kəmər yoxdur. İxracın həcmini artırmaq üçün kəmərin də genişləndirilməsi lazımdır. Səngəçaldan tutmuş İtaliyaya qədər kəmərdə genişləndirmə işləri olmalıdır. Təkcə kəmərin Avropa hissəsində 4 nasos kompressor stansiyası yenidən qurulmalıdır. Türkiyədə 2-si yenidən tikilməli, 4-ə çatdırılmalıdır. 2-si Gürcüstanda, 1-i isə Azərbaycanda tikilməlidir. 11 kompressor stansiyası olmalıdır ki, daha çox ixrac etmək gücümüz olsun”.
 
600 milyon dollar əlavə gəlir

Ekspert bildirib ki, ixrac 2 milyard kubmetr artarsa, təbii qazın qiymətləri də gözlənilən kimi yüksək olarsa, bu, Azərbaycana daha çox maliyyə daxil olmasına gətirib çıxaracaq: "Azərbaycanda qazın orta ixrac qiyməti açıqlanmır. Ancaq Rusiya açıqlayır. Rusiyada boru kəməri ilə uzunmüddətli müqavilələrlə ötən il qazın 1000 kubmetr üçün orta ixrac qiyməti 272 dollar oldu. Bu il qiymətin həmin rəqəmdən yüksək olacağını hesab edək. Çünki ötən ilin əvvəlində qazın 1000 kubmetrinin qiymətləri 200 dollardan başlamışdı. İlin sonuna 10 dəfə artıq idi. Qiymətlər 2000 dollara qədər artmışdı. Təxmini olaraq Azərbaycan üçün 2022-ci ildə qaz tədarükünün orta ixrac dəyərini isə 1000 kubmetr üçün 300 dollardan götürək. 10 milyard kubmetr qaz ixrac edəndə, təqribən 3 milyard dollar maliyyə gəlir. 20 milyard kubmetr olanda, bu rəqəm 6 milyard dollar olur. Əlavə 2 milyard qaz ixrac etsək, bu, 600 milyon dollar əlavə vəsaitin ölkəyə daxil olması deməkdir. Qiymətlərin necə dəyişəcəyini isə zaman göstərəcək”.
 
Neftin də qiyməti yüksək olarsa

İ.Şabanın sözlərinə görə, neftin qiymətinin yüksək olması da təbii qazın qiymətinə öz təsirini göstərəcək: "Neftin qiyməti də qazın qiymətinə təsir edən amildir. Ötən ilin əvvəlində neftin qiyməti 52 dollarla başlamışdısa, bu il 78 dollardan başlayıb. Yanvarın 28-dən 90 dollardan baha satılır. Bütün bunlar ümumən karbohidrogenlərin – neft, neft məhsulları, təbii qaz, kömürün qiymətinin baha olmasına gətirib çıxarır. Qiymət yüksək olarsa, təbii ki, qazdan gələn gəlirimiz daha çox olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

AZCON-un bu departamentinə rəhbər təyin edildi

Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT

Bu tarixdə ölkədə iş olmayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin