BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
19327

Bu ilin dekabr ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiyməti indeksi ötən ilin eyni ayı ilə müqayisədə 19,5%, 2021-ci ilin dekabr ayı ilə müqayisədə isə 1,1% artaraq 135,7 bəndə çatıb.

APA-nın FAO-ya istinadən verdiyi məlumata görə, FAO-nun taxıl qiyməti indeksi aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 12,5% artaraq yanvarda 140,6 təşkil edib.

Qlobal buğda qiymətləri Avstraliya və Argentinada böyük məhsul yığımından irəli gələn mövsümi tədarükün artması ilə yanvar ayında 3,1% azalıb. Bununla belə, yüksək keyfiyyətli buğdanın çoxluğundan və tədarüklə bağlı qeyri-müəyyənlik fonunda davam edən güclü tələb qiymətlərin daha da azalmasının qarşısını alıb.

FAO-nun tərəvəz yağı qiyməti indeksi aylıq 4,2%, illik isə 33,8% artaraq 185,9 bəndə çatıb və tarixi maksimuma yeniləyib. Bahalaşma palma, soya, kolza və günəbaxan yağı üçün daha yüksək kotirovkaları əks etdirir.

Təşkilatın süd məhsulları qiyməti indeksi aylıq müqayisədə 2,4%, illik müqayisədə isə 18,7% artaraq 132,1 bəndə bərabər olub. Yanvar artımı qlobal bazarlardakı sərtləşmə ilə dəstəklənib, xüsusilə Qərbi Avropadan ixrac imkanlarının azalmasını əks etdirir. Sözügedən regionda bəzi iri süd istehsal edən ölkələrdə süd tədarükünün azalması və aşağı ehtiyat səviyyələri bahalaşmanı dəstəkləyib. Okeaniyada isə süd istehsalı ilə bağlı gözləntilər qarşıdakı aylarda orta səviyyədən aşağı qalacağı gözlənilir.

FAO-nun ət məhsulları qiyməti indeksi isə ötən ay 0,3%, illik müqayisədə isə 17,3% yüksələrək 112,6 bənd təşkil edib. Yanvar ayında iribuynuzlu mal-qaranın qiymətləri yeni pik həddinə çatıb və bunun səbəbi kimi, qlobal tələbin Braziliya və Okeaniyadan ixrac təklifini üstələməsi göstərilir.

Şəkər qiyməti indeksinə gəldikdə, yanvarda sözügedən göstərici 3,1% azalıb, illik ifadədə isə 19,7% artaraq 112,8 bəndə çatıb və altı aylıq minimuna yeniləyib. Yanvar ucuzlaşması əsas şəkərin ixracatçıları olan Hindistan və Taylandda əlverişli istehsal perspektivləri və yaxşı məhsul yığımı sayəsində baş verib. Bundan əlavə, Braziliyanın əsas istehsal ərazilərində yağışların artmasının təklifi genişlətməsi, eləcə etanolun ucuzlaşması qiymətləri endirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın Britaniyaya ixracı 5 dəfədən çox artıb

Azərbaycan düyü idxalını 7% azaldıb

Azərbaycanın çay ixracı 2025-ci ilin ilk rübündə artıb

Tesla və Alphabet maliyyə hesabatlarını açıqlayacaq - Texnoloji sektorun taleyi bu həftə müəyyənləşir

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Azərbaycan ilk üç ayda geyimə 103 milyon dollardan çox xərc çəkib

Süni intellekt tədqiqatçısı insan əməyini tamamilə əvəz edəcək startap təqdim edib

Binəqədidə yanğınla əlaqədar bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalı bu gün 4 YAŞINI qeyd edir

İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?

Binəqədi rayonunda obyektdə yanğın başlayıb

İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

DİM orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

İlk rübdə çay idxalı 25 milyon dolları keçib

Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?

Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?

Kommunal xidmətlərin qiymətləri arta bilər? - AÇIQLAMA

“Oğlum həbs edilməyib, yanımdadır” -Şərurlu İsfəndiyar

ABŞ Aydakı faydalı qazıntılara da sahib olmaq istəyir?

Bakı Slavyan Universitetinə yeni prorektor təyin edilib

Nazir generalı özünə müşavir təyin etdi

Dubay şokoladının yüksəlişi püstə qıtlığına səbəb olub

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? - RƏSMİ CAVAB

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? - RƏSMİ CAVAB

Çində ilk dəfə yarımmarafonda "insanabənzər robotlar" insanlarla yarışdı

Çində 10G şəbəkəsi işə salınıb

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

"Bitcoin" 85 min dollar oldu - Kriptovalyutaların qiyməti artmaqda davam edir

Bir rəng, fərqli dünya: Rənglərin mədəni mənaları və marketinq uğuru - SƏHƏR OXUSU

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Ziya Bünyadov prospektində təmir işləri nə vaxt bitəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin