BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
19150

Rusiyanın Mərkəzi Bankı kriptovalyutadan istifadənin qadağan olunmasını təklif edib. Türkiyədə isə artıq kriptovalyutadan istifadə qadağan olunub. Bəs Azərbaycanda kriptovalyuta ilə bağlı vəziyyət necədir?

Bu sahə üzrə ekspert Elnur Quliyev “Report”a bildirib ki, böyük ehtimalla Azərbaycanda da kriptovalyutadan istifadə qadağan olunacaq.

Ekspertin fikrincə, ölkələrdə kriptovalyutanın qadağan olunması yeni bir məsələ deyil. Belə ki, hər bir dövlət istəyir ki, ödəniş vasitəsi kimi öz milli valyutası işləsin.

“Adətən kriptovalyutanın qadağan olunması ilə digər əməliyyatlar da qadağan olunur. Digər əməliyyatlar deyəndə, kriptovalyutalardan ödəniş kimi istifadə olunması, ticarəti, pul köçürməsi və mayninqi, yəni kriprovalyutaların istehsal olunması da qadağan olunur.

Məlum məsələdir ki, Rusiyada bu alətlərin istifadəsinə münasibət konservativ idi. Türkiyədə isə ötən ilin sentyabr ayına qədər kriptovalyutailə əməliyyatlar aktiv olsa da, ölkədə Mərkəzi Bankın sədri dəyişəndən sonra münasibət dəyişildi və nəticədə kriptovalyuta əməliyyatları qadağan edildi.

Səbəb isə budur ki, Türkiyə rəqəmsal lirəni dövriyyəyə buraxmaq istəyir. Onların tutduğu yol Çin istiqamətidir. Necə ki, rəqəmsal yuan alternativ valyuta sayılır, eləcə də Türkiyədə digər rəqəmsal valyutaları dövriyyədən çıxartmaqla rəqəmsal lirə istifadəyə buraxılacaq”.

Ekspert Türkiyə və Rusiyadakı tənzimləmə mexanizmini çox önəmli və əhəmiyyətl hesab edir: "Böyük ehtimal ki, onların təcrübəsindən bizim tənzimləyici orqanlar da istifadə edəcək. Biz ən yaxşı halda Türkiyə və Rusiyanın təcrübəsindən faydalanacağıq. Hazırda gözləmə mövqeyindəyik. Bizdə kriptovalyuta ilə bağlı nə qadağa var, nə də tənzimləmə mexanizmi hazırlanıb.

Qeyd edim ki, Rusiya ilə Türkiyədə kriptovalyutalar ilə bağlı belə konservativ yanaşmaların əsas məqsədi rəqəmsal valyutalar vasitələ ölkədən pul çıxarılmasının qarşısını almaqdır. Bu əməliyyatlar tənzimlənmədiyinə görə, pulların giriş və çıxışına nəzarət edilmir. Buna görə də onlara loyal münasibət yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov "Report"a bildirib ki, Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur: "Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır”.

Mərkəzi Bankının sədri Elman Rüstəmov isə ölkəmizdə kriptovalyutanın geniş istifadə olunduğu ölkələrin banklarının fəaliyyətini izlənildiyini bildirdi: “Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Azərbaycanda insanların "WhatsApp" yazışmalarını ələ keçirərək satan şəxs həbs edildi

987 manatlıq qan alınıb - Bu ölkələrdən

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin