İnfrastruktur
26.01.2022 / 17:08
"Azərenerji" Qarabağda 4 obyektin tikintisinə icazə alıb
19062
“Azərenerji” ASC Füzuli və Cəbrayıl rayonlarında 4 obyektin tikintisinə icazə alıb.
Valyuta.Az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) istinadən xəbər verir.
Məlumata görə, bunlar həmin rayonlarda yerləşən 110/35/10 kV-luq "Füzuli" və 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyalarının ümumi idarəetmə binalarıı və nəzarət buraxılış məntəqələridir.
“Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin inşa edəcəyi obyektlərin tikintisinə DŞAK yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi icazə verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay