
İndiyədək “Startap” şəhadətnaməsi alanların sayı açıqlandı
Ötən ilin may ayından mikro və kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnamələrin verilməsi ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 66 müraciət daxil olub.
Valyuta.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ekspertlər Şurasının 8 iclası keçirilib. İndiyədək mikro və kiçik sahibkarlıq subyektlərinə 32 “Startap” şəhadətnaməsi (kənd təsərrüfatı və aqrobiznes, mobil tətbiq, fintek, onlayn platforma, innovativ həlləri özündə ehtiva edən istehsal sahələri, elektron ticarət layihələri üzrə) verilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay