Sənaye
22.01.2022 / 12:50
Azərbaycanın metallurgiya sənayesində 17 faizlik artım qeydə alınıb
18918
2021-ci ildə metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 1 milyard 141,8 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Valyuta.Az-a verilən məlumata əsasən, bu müddət ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 17,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 16,9 faiz artım müşahidə olunub.
Ötən ildə hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 26 min 707,1 ton qara metallardan digər konstruksiyalar istehsal edilib, metaldan digər məmulatların istehsalı isə 7,2 dəfə artıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay