“YAŞAT” daha 4 qazini Türkiyəyə göndərdi
Ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Bu barədə Valyuta.az-a Fonddan məlumat verilib.
Belə ki, Əkbərov Xəyal Hüseyn oğlu, Məmmədov Azər Arif oğlu, Əliyev Kamran Yasir oğlu və Duniyev Kamil Əlibala oğlunun müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Fond qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 136 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 90-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Ziya İkramlı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay