BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
18248

"35 manatlıq subsidiya ilə istehsalçıların əlavə xərclərini ciddi şəkildə kompensasiya etmək mümkün olmayacaq”.

Bunu kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov istehsalçılara subsidiya verilməsindən danışarkən deyib. 

"Cari ilin fevralın 17-dən başlayaraq un istehsalçılarına hər tona görə 35 manat subsidiya verilməyə başlanıldı. Həmin qərar mayın 1-nə kimi qüvvədə idi. İndi isə yenidən sentyabrın 10-dan başlayaraq, qərar daha 4 ay müddətinə qüvvəyə minib. Bu yolla hökumət un və çörəyin qiymətinin qalxmasının qarşısını almağa çalışır. İndi dünya bazarında buğdanın qiyməti bahalaşıb.

Keçən illə müqayisədə Azərbaycanın idxal etdiyi buğdanın hər tona görə dəyəri 67 manat bahalaşıb. Digər tərəfdən, dizel yanacağı ilə Aİ-92 markalı benzinin də qiyməti bahalaşıb. Bu isə çörək və un istehsalçılarının xərcinin ciddi artması deməkdir. Belə olan halda, 35 manatlıq subsidiya ilə istehsalçıların əlavə xərclərini  kompensasiya etmək mümkün olmayacaq”. 
 
Həmsöhbətimizin fikrincə, belə məsələlərə əslində hökumət kompleks şəkildə yanaşmalıdır: 

"Edilən kompensasiya tədbiri unun, buğdanın və dizel yanacağının qiymətinin bahalaşması ilə paralel şəkildə aparılmalı idi. Ancaq bu, həyata keçmədi”. 

Bu səbəbdən ekspert 35 manatlıq subsidiyanın un və çörək istehsalçılarına hər hansı bir dəstək olacağını düşünmür: 

"Atılan addım çörəyin bahalaşmasının qarşısını almayacaq. Son bir ayda istehlak etdiyim çörəyin qiyməti 30 faiz bahalaşıb. 700 qramlıq 50 qəpiyə olan çörəyin çəkisi 550 qrama düşüb. Bir sözlə, çörəyin qiymətində 5-15 qəpiklik artım var. Təəssüf ki, bu son da deyil. Rusiya ixrac etdiyi buğdanın rüsumunu hər tona görə 50 dollara qaldırıb. Azərbaycanda isə buğda istehsalı 250 min tondan çox azalıb. Ona görə subsidiya ayrılmalarına baxmayaraq, qarşıdakı dövrdə də qiymət artımları baş verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın Britaniyaya ixracı 5 dəfədən çox artıb

Azərbaycan düyü idxalını 7% azaldıb

Azərbaycanın çay ixracı 2025-ci ilin ilk rübündə artıb

Tesla və Alphabet maliyyə hesabatlarını açıqlayacaq - Texnoloji sektorun taleyi bu həftə müəyyənləşir

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Mənzilimizi niyə sığorta etdirmək istəmirik?

Azərbaycan ilk üç ayda geyimə 103 milyon dollardan çox xərc çəkib

Süni intellekt tədqiqatçısı insan əməyini tamamilə əvəz edəcək startap təqdim edib

Binəqədidə yanğınla əlaqədar bir sıra prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalı bu gün 4 YAŞINI qeyd edir

İdman zallarına tələbat artır: Qiymətlər necə dəyişib?

Binəqədi rayonunda obyektdə yanğın başlayıb

İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

İmtahan cavabları sabah DİM-in saytında paylaşılacaq

DİM orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib

İlk rübdə çay idxalı 25 milyon dolları keçib

Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?

Sahibkarların nağdsız ödəniş problemi: Çıxış yolu nədir?

Kommunal xidmətlərin qiymətləri arta bilər? - AÇIQLAMA

“Oğlum həbs edilməyib, yanımdadır” -Şərurlu İsfəndiyar

ABŞ Aydakı faydalı qazıntılara da sahib olmaq istəyir?

Bakı Slavyan Universitetinə yeni prorektor təyin edilib

Nazir generalı özünə müşavir təyin etdi

Dubay şokoladının yüksəlişi püstə qıtlığına səbəb olub

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? - RƏSMİ CAVAB

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır? - RƏSMİ CAVAB

Çində ilk dəfə yarımmarafonda "insanabənzər robotlar" insanlarla yarışdı

Çində 10G şəbəkəsi işə salınıb

Bələdiyyə torpaqları hərraca çıxarılır - Qiymətlər

"Bitcoin" 85 min dollar oldu - Kriptovalyutaların qiyməti artmaqda davam edir

Bir rəng, fərqli dünya: Rənglərin mədəni mənaları və marketinq uğuru - SƏHƏR OXUSU

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Ziya Bünyadov prospektində təmir işləri nə vaxt bitəcək?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin