Azərbaycanda xarici yatırımlar kəskin azalıb: Maraq getdikcə azalır
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 924,4 milyon manat vəsait yönəldilib.
Valyuta az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd edilib.
Sənədə əsasən, bu vəsait illik göstəricidə 12,1% azalıb.
Qeyd edək ki, ötən ilin analoji dövründə xarici müәssisә vә tәşkilatlar tәrәfindәn әsas kapitala 3 milyard 326,4 milyon manat vәsait yönәldilib.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 732,0 mln. manatı və ya 93,4%-i Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.
Xatırladaq ki, Azərbaycan hökumətinin proqnozlarına görə, 2021-ci ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların həcminin 0,2% artaraq 5 milyard 924,9 milyon manat təşkil edəcək.
Xarici investisiyaların 2022-ci ildə 4,6% azalaraq 5 milyard 772,5 milyon manata, 2023-cü ildə 16,1% azalaraq 4 950 milyon manata, 2024-cü ildə isə yenidən artaraq (+10%) 5 562 milyon manata bərabər olacağı gözlənilir.
Göründüyü kimi, növbəti 4 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların ümumi həcminin 22 209,4 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay