Nəqliyyat
15.09.2021 / 14:56
Ölkədə dəmir yolu ilə yük və sərnişin daşımaları cüzi artıb
18181
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-avqust aylarında 9,6 mln. ton yük və 1 533,3 min sərnişin daşınıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib.
2020-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 0,1% artım müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 339 vaqon yüklənilib, 323 vaqon isə boşaldılıb.
Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay